Proqramlaşdırma haqqında bilməli olduğunuz 38 yanlış fikir
İnformasiya texnologiyaları hələ də çoxlu stereotiplərlə, yanlış fikirlərlə doludur. Bunu ölkəmizdə daha da aydın hiss etmək olur. “Mən proqramçıyam” deyən kimi “Facebook-un parolunu qıra bilirsən?”, “komputerim donur, format edərsən?”, “televizorun pultunu düzəldərsən?!” və başqa bu kimi sualları ilə üzbəüz qalırsan. Bunlardan əlavə proqramlaşdırma sahəsinə yeni başlamaq istəyənlərə və ya İT-dən uzaq şəxslərə bu sahə “çox çətindir” deyirlər, müxtəlif fikirlərlə qorxudurlar. Buna görə də, ən çox yayılan yanlış fikirləri, mifləri bir yerə yığıb, nəyin doğru, nəyin yanlış olduğunu izah etməyə çalışacam.
Mündəricat
- Proqramlaşdırma haqqında ümumi miflər (12)
- Proqramlaşdırma öyrənməklə bağlı miflər (10)
- Proqramlaşdırmada məhdudiyyətlərlə bağlı miflər (3)
- Proqramçıların bacarıqları haqqında miflər (2)
- Proqramlaşdırma dilləri və alətləri haqqında miflər (6)
- Proqramçının karyera və qazancları haqqında miflər (5)
Proqramlaşdırma haqqında ümumi miflər
1. Çox ağıllı olmaq lazımdır
Bu ən çox yayılmış miflərdəndir, proqramlaşdırmaya yeni başlamaq istəyənlərin çoxunda qorxu yaradır. Buna görə də çoxları özlərini proqramçı olmaq üçün kifayət qədər ağıllı hesab etmir. Lakin ilk baxışda göründüyü kimi, proqramlaşdırma öyrənmək elə də çətin deyil.
Proqramçılar – komputer proqramları, veb saytlar, oyunlar və mobil tətbiqlər yaratmaq üçün ehtirasları olan adi insanlardır. Kod yazmağa başlamaq üçün dahi olmaq lazım deyil. İntizamın, motivasiyanın, maraq və həvəsin olması kifayətdir. Əgər yeniliklərə açıq və öyrəndiklərinizi praktikada tətbiq etməyə hazırsızsa, proqramlaşdırmanı rahat öyrənəcəksiniz.
Əlbəttə, yalnız çox ağıllı insanların həll edə biləcəyi həqiqətən çətin tapşırıqlar var. Lakin belə ağıllı olmaq məcbur deyil, istisnadır.
2. Riyaziyyatı yaxşı bilmək lazımdır
“Proqramlaşdırmanı öyrənmək, güclü riyazi biliklər tələb edir?”. CodeBit-ə müraciət edən şəxslərin əksəriyyəti məndən bu sualı soruşurlar. Lakin proqramlaşdırmada müvəffəqiyyətli olmaq, birbaşa riyazi savaddan asılı deyil. Yaxşı riyaziyyat biliyinin olması həmişə üstünlükdür, lakin başlamaq üçün məktəb bilikləri də kifayət edir.
Formal olaraq, proqramlaşdırma – komputer üçün əmrlərin, təlimatların yazılmasıdır. Bunu tortun hazırlanması üçün resept kimi fikirləşin. İnqridientlərin çəkisini ölçmək, kalorini hesablamaq, yumru və ya düzbucaqlı formaya salmaq, əməliyyatlar ardıcıllığını düzgün etmək lazımdır. Bunun üçün isə ali riyaziyyat, inteqral və ya mürəkkəb düsturlar istifadə etmirik.
Əlbəttə, riyaziyyatın çox böyük rol oynadığı sahələr var. Məsələn, oyunlarının yaradılması üçün ən azı minimal səviyyədə triqonometriya, matrislərlə işləmək və fizika bilmək lazımdır. Hazırda hamının daimi eşitdiyi süni intellekt, maşın öyrənməsi (bax: machine learning), verilənlər elmi (bax: data science) və onların alt bölmələri riyaziyyat tələb edən sahələrdəndir.
Bundan başqa, bir çox problemi daha asan həll etmək üçün, üçüncü tərəf kitabxanalar (third-party libraries) və pluginlər-dən istifadə edə bilərsiz. Riyaziyyat və ya fizika ilə bağlı əlavə məlumatlara ehtiyacınız varsa, xarici təlim, təhsil ala və ya kitablar oxuya bilərsiz.
3. Proqramlaşdırma “komputer xəstələri” üçündür
Kinolarda proqramçılar iri eynəklə bir neçə monitora baxan, uzun saç-saqqallı biri kimi təsvir edilir. Buna görə də insanlar proqramlaşdırmaya başlayanda eyni olacağını düşünürlər, qadınlar isə bu sahəyə elə də maraqlı olmurlar. Əslində isə bu sadəcə stereotipdir.
Proqramçılar bütün günü komputer arxasında oturmurlar, onların da əlavə hobbi və məşğuliyyətləri var. Onların arasında musiqiçilər, rəqqaslar, idmançılar var. Buna görə proqramçıların digər peşələrdəki işçilərdən fərqli olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.
Qeyd: “komputer xəstələri” söz birləşməsi üçün daha yaxşı təklifləri şərhlərdə yaza bilərsiz.
4. Proqramlaşdırma darıxdırıcıdır
İşə qarşı maraq, o işə göstərdiyin münasibətdən asılıdır. Proqramlaşdırma üzrə həvəsli olan insanlar onu darıxdırıcı və cansıxıcı saymırlar. Yoxsa nəyə görə insan illərlə eyni işlə məşğul olsun? Bu hər bir işə aiddir: hər kəs özünə maraqlı və ya sıxıcı olan işi özü təyin edir.
Proqramlaşdırmada sizə maraqlı olan sahəni seçə bilərsiz: mobil telefonlar üçün tətbiqlər yaza, müxtəlif tipli veb saytlar hazırlaya, əməliyyatları avtomatlaşdırmaq üçün qurğulara proqram təminatları yarada bilərsiz və s.
Proqramlaşdırma bacarıqları kənd təsərrüfatından başlamış, raket istehsalına qədər çox fərqli sahələrdə işləməyə imkan verir. Həmçinin, sizin hazırladığınız proqramların dünya üzrə milyonlarla istifadəçisinin olması mümkündür. Sizcə bu necə maraqsız ola bilər?!
5. İnsanlarla ünsiyyət qurmağı dayandıracaqsız
Digər çox yayılmış miflərdən biri də – proqramçıların günün böyük hissəsini komputer arxasında, insanlardan uzaq keçirməsidir. Əslində isə proqramçılar müxtəlif seminar, konfranslarda iştirak edir, tez-tez tanımadıqları insanlarla kiçik məclislər təşkil edərək texnologiya, maraqlı yeniliklər haqqında danışırlar. Digər peşə sahələrində belə hallar nadirən olur.
Mənim cavanlığımın misalında bunun şahidi ola bilərsiz =)
Baku GTUG (Google Technology User Group), Tural Bədirxanlı ilə görüş, International PHP Conference in Tbilisi, Baku Tech Talks, Django weekend, Seedstars, SUP, proqramçılarla ad günüm və hələ paylaşmadığım bir çox tədbirdən şəkillər.
6. Çoxlu kod əzbərləmək lazımdır
Xarici dildə normal başa düşmək üçün ən azı 2000 söz bilmək lazımdır. Proqramlaşdırma dillərinin əksəriyyətində isə sintaksis çox oxşayır və daimi istifadə etdikcə lazım olan 50-60 metod, funksiyanı avtomatik əzbərləmiş olursuz. Hətta yadda saxlaya bilməsəniz, internetdən və ya rəsmi dokumentasiyaya baxaraq xatırlaya bilərsiz. Ümumiyyətlə, hər kodu yadda saxlamaq lazım deyil. Onsuz da zamanla istifadə etmədiyiniz kodları unudacaqsız. Hətta tanınmış proqramçılar da, bəzən ən sadə alqoritmləri belə yadda saxlaya bilmədiklərini etiraf edirlər.
Kod yazmaq üçün istifadə olunan IDE, code editor-lar hazır şəkildə ipuclarını verirlər. Sizə sadəcə olaraq lazım olan kodu seçirsiz
7. Bütün alqoritmləri bilmək lazımdır
Alqoritmlər proqramlaşdırmanın əsasıdır. Bəziləri sadə, bəzilərini isə anlamaq üçün xüsusi bilik tələb edir. Ancaq onları əzbər bilməyə ehtiyac yoxdur. Proqramlaşdırmada bir tapşırığı müxtəlif alqoritmlərlə və fərqli variantlarda yazmaq mümkündür. Hər bir variantın isə üstün və mənfi cəhətləri olur.
Müasir proqramlaşdırmada daimi təkrarlanan əməliyyatları azaltmaq üçün yeni alətlər, kitabxanalar yaradılır. Bu da öz növbəsində proqram təminatlarının yaradılması müddətini azaldır, proqramçıları rutin işlərdən azad edir. Artıq proqramçılar həqiqətən lazım olan işlərlə məşğul olur, gündəlik istifadə olunan alqoritmlərə əlavə vaxt sərf etmirlər. Buna baxmayaraq, alqoritmik həllərin, bilklərin öyrənilməsi vacib məqamlardandır.
8. Çoxlu kod yazmağa səbrim çatmır
Professional proqramlar, on-yüz minlərlə sətir koddan ibarət olurlar. Bu isə yeni başlayanların bəzilərini qorxudur. Yuxarıda qeyd etdiyim kimi, proqramçılar bəzi işlər üçün adətən hazır həllərdən, eyni kod hissələrindən istifadə edirlər. Bunu xarici dil ilə müqayisə etsək: deyilənlərin 80%-ni anlamaq üçün 2000 söz (dildə olan 50.000 sözü bilməyə ehtiyac yoxdur) bilmək kifayətdir. Müxtəlif söz və ifadələri birləşdirərək hər kəslə danışa bilərsiniz. Proqramlaşdırmada da bənzər prinsipdir. Müəyyən kod həllərini bilməklə çoxlu sayda fərqli tapşırıqlara tətbiq edə bilərsiz.
Əlbəttə ki, yeni başlayarkən dəqiq işləyən böyük bir proqram yazmaq qeyri-mümkündür. Amma bacarıqlarınızı inkişaf etdirməklə bir gündə yazdığınız kodu artıq bir neçə saata yaza bilərsiz. Bir qədər praktika etdikdən sonra 10.000 sətir kod sizin üçün uşaq oyunu olacaq.
9. Güclü komputer lazımdır
Yeni başlayanlar proqramlaşdırma üçün güclü bir komputer və bir neçə monitorun lazım olduğunu düşünürlər. Bu belə deyil. Başlanğıc üçün adi komputer(2-3 RAM və i3 prosessor) də kifayət edir. Həmçinin, böyük ekrana və bir neçə monitora da ehtiyac yoxdur.
10. Kodları anlamaq çox çətindir
İlk baxışdan kodlar çox mürəkkəb və anlaşılmaz görünür. Onda Çin heroqliflərinə baxaq. Bilməyən şəxs onların içərisində yalnız işarələr görür, lakin dünyada 1,3 milyard insan asanlıqla Çin yazılarını oxuyur, yazır və anlaya bilir. Kodlar isə heroqliflərdən və digər xarici dillərdən daha sadədir. Bu dili eşitməyə və tələffüz etməyə ehtiyac yoxdur. Proqramlaşdırma dilləri baza üçün adətən əsas 50-100 metod, funksiyadan ibarət olur.
11. Veb sayt yaratdım, artıq “proqramistəm”
Veb saytların yaradılması dolayısı ilə HTML, CSS və ya ümumiyyətlə, proqramlaşdırma əsaslarını bilmək tələb etmir. Hazır şablon və sistemlərlə hər kəs sayt hazırlaya bilər. Lakin professional web proqramçılar müxtəlif texnologiyalar və proqramlaşdırma dillərini sərbəst şəkildə bilirlər. Web proqramlaşdırma kurslarının şüarlarına zidd olaraq 1-2 ay ərzində bu cür biliklərə sahib olmaq mümkün deyil, hələ digər mifik öyrənmə müddətlərini demirəm. CodeBit-də proqramlaşdırma və veb saytların yaradılmasının əsasları minimum 6 ay(3 ay frontend və 3 ay backend) davam edir.
HTML, CSS, PHP, JavaScript, verilənlər bazası, client-server texnologiyaları, SQL, Apache, NGINX, versiya nəzarət sistemləri web proqramçının gündəlik qarşılaşdığı texnologiyaların cəmi bir hissəsidir. Ancaq qorxmayın: bir az çalışqanlıq və həvəs göstərməklə funksional veb saytlar yaratmağı öyrənə bilərsiz.
12. Proqramçılar hər şeyi sıfırdan yazırlar
Əgər proqramçılar bütün kodları sıfırdan yazsaydılar, biz bu qədər müxtəlif və faydalı proqramlar görməzdik. Müasir proqramlar yüz minlərlə kod sətrindən ibarətdir və onların əksəriyyəti daha əvvəl digər proqramçılar tərəfindən yazılmışdır. Proqramçılar tez-tez üçüncü tərəf kitabxanalar və digər layihələr üçün yazdıqları kodu istifadə edirlər. Bu, oyunlar, əməliyyat sistemləri daxil olmaqla, böyük proqramların yaradılmasını asanlaşdırır və sürətləndirir.
Proqramlaşdırma öyrənməklə bağlı miflər
13. Kurs bitdikdən sonra öyrənmək də bitir
Kursda proqramlaşdırma dilini öyrənməklə iş bitmir. Dilin əsas sintaksisini öyrənmək çətin deyil, praktikada necə istifadə etmək çətindir. Öyrənmə prosesi heç vaxt dayanmır: öyrənməyi dayandırsanız, bir müddət sonra öyrəndiklərinizi də unutmuş olacaqsız. Bunun üçün öyrəndiklərinizi praktiki məşğələlərlə gücləndirmək lazımdır. Buna görə də CodeBit-də veb proqramlaşdırma dərsləri 85% praktikadan ibarətdir. Xarici dillərin öyrənilməsində olduğu kimi, uzunmüddətli fasilələr də öyrənmə nəticəsinə mənfi təsir göstərir.
14. Proqramçı olmaq üçün universitet bitirmək lazımdır
Bu mövzu həmişə müzakirə olunur və fərqli düşünənlər çoxdur. Kimin nə düşünməsindən asılı olmayaraq, proqramçı olmaq üçün universiteti bitirmək vacib deyil. Bunu öz tanışlarımdan, tələbələrimdən, özümün və dünya təcrübəsinə əsasən deyirəm. Universitet oxumağın ziyanı yoxdur, lakin VACİB deyil. Lazımlı məlumatların çoxu internetdə – online dərslərdə, kitablarda, forumlarda, tematik saytlarda var. Bu mənbələrdən istifadə etməklə universitetdə keçiləndən daha artıq biliyi, daha qısa müddətdə öyrənmək olar. Hətta evdən çıxmağa belə ehtiyacınız yoxdur. Əlbəttə ki, köhnə sistemin tərəfdarları “baza bilikləri və riyaziyyatı universitetdə öyrənmək daha yaxşıdır” deyəcəklər. Amma daha əvvəl qeyd etdiyim kimi, proqramlaşdırmaya başlamaq üçün inteqral hesablamağa ehtiyac yoxdur.
4 il sərf etmək əvəzinə, daha qısa müddətə kursda və ya fərdi müəllimlə nəzəriyyə və praktika yığaraq öyrənmə prosesini sürətləndirə bilərsiz. Şirkət və müəssisələr komandalarında diplomlu bir mütəxəssis görmək istəsə də, işini bilən təcrübəli amma diplomsuz mütəxəssisdən imtina etmirlər.
15. Əvvəlcə dilin sintaksisini öyrənmək lazımdır
Sintaksis – proqramlaşdırma dilinin qaydalarıdır. Əlbəttə ki, sintaksisi bilmək proqramlaşdırma dilinin bütün imkanlarından istifadə etməyə şərait yaradır, amma onu bütünlüklə bilmək vacib deyil. Dilin əsas konstruksiyaları sadə proqramlar yazmaq üçün kifayətdir. İstənilən zaman dil haqqında biliklərinizi artıra bilərsiniz. Təcrübə göstərir ki, illər boyu kod yazmaq da dilin bütün özəlliklərinizi biləcəyinizə zəmanət vermir. Proqramlaşdırma dilləri sürətli şəkildə inkişaf edir, yeni xüsusiyyətlər, funksionallıqlar əlavə olunur.
16. Proqramçı olmaq asandır
Proqramçı dedikdə peşəkar, işini bilən və bu işə ürəkdən həvəslə çalışan şəxsləri nəzərdə tuturam. Belə mütəxəssis olmaq üçün isə hər kəsin iradəsi, səbri, biliyi çatmaya bilər. Bir proqramlaşdırma dilini bilmək də “proqramçıyam” demək deyil. Proqramçı olmaq üçün bir çox: komanda ilə işləmək, tapşırıqların struktrunu hazırlamaq, dokumentasiya yazmaq, kodu test etmək və s. kimi bacarıqlar tələb edir. Əsl peşəkar proqramçı olmaq üçün vaxt, əzmkarlıq tələb edən bir çox texnologiya və metodikaları da bilmək lazımdır. İstənilən peşədə olduğu kimi davamiyyət, intizamlılıq, motivasiya sizin əsas köməkçiləriniz olacaq.
17. Öyrənmək çox vaxt tələb edir
Başlayandan 2-3 dərs sonra ilk kodlarınızı yaza bilərsiniz. Əlbəttə ki, bu kodlar ilə pul qazanmaq mümkün olmayacaq, amma sadə problemlərinizi həll edə bilərsiz. Aydındır ki, dərhal ağır, yuxarı səviyyəli proqramlar yaza bilməyəcəksiz, ancaq bunun üçün illər deyil, aylar ərzində öyrənə biləcəksiz. Proqramlaşdırma öyrənməyə çox vaxt və səy göstərsəniz, daha qısa vaxta uğur qazana bilərsiz. Universitetdəki kimi 4-6 il oxumağa vaxt sərf etməyə ehtiyac qalmayacaq.
18. Ən yaxşı proqramlaşdırma kursunu və ya dərsliyini axtarıram
Online minlərlə, offline isə Bakıda onlarla kurs var. Bu resursların hər biri fərqli şəkildə öyrədir və hər birinin öz metodikası var. Amma yaxşı kurs, müəllim və ya kitab yoxdur, özünüz üçün uyğun olan kurs, müəllim və ya kitab var. Bir neçə resursdan qeydiyyatdan keçin, kitablara baxın, video dərslər izləyin, offline proqramlaşdırma kursları haqqında məlumat əldə edin, sınaq dərslərinə yazılın və sonra sizə ən uyğun olan təlim formatını seçin. Yəqin ki, bir neçə yol olacaq: online kurslar + kitab və ya fərdi müəllim + xüsusi saytlarda problemlərin həlli və s. Əsas odur ki, daha az reklamlara inanıb, daha doğru seçim, daha çox cəhd və praktika edəsiz.
19. Proqramlaşdırma öyrənəcəyəm, qısa müddətdə tətbiq/sayt yaradacam və varlanacam
Varlı olmaq əla hədəfdir və proqramlaşdırma bu hədəfə çatmaqda kömək edə bilər. Amma qısa müddətə varlanacağınızı, pul qazanmağı unudun!. Bill Geyts, Mark Zuckerberg, Pavel Durov və ya Sergey Brin – bir gündə milyarder olmayıblar. Onlar illərlə təhsil alıb və çox çalışaraq hazırki vəziyyətə çatıblar.
2 həftəlik tədrisdən sonra mobil tətbiq və ya vebsayt hazırlayıb, varlanmaq deyə bir düstur, formul yoxdur. Proqramlaşdırma tez və asan pul qazanmaq istəyənlər üçün deyil. Buna baxmayaraq, proqramlaşdırma həm karyera inkişafı, həm də öz biznesinizi yaratmaq üçün böyük imkanlar açır.
20. Çətin proqramlaşdırma dili ilə öyrənməyə başlamaq lazımdır
Birinci sinifdə heç kəs sizə inteqral öyrətmir. Hətta vurma-bölməni belə, bir müddət sonra öyrədirlər. Proqramlaşdırmada da eynilə belədir. Motivasiyanı saxlamaq və qısa zamanda nəticə əldə etmək istəyirsinizsə, JavaScript kimi sadə dillərlə başlayın. Proqramlaşdırma üzrə baza bilikləri öyrənəndən sonra, digər dillərə asanlıqla keçə bilərsiz.
21. Bütün proqramlaşdırma kursları eynidır
Xeyr, bütün kurslar fərqlidir, hətta tədris planındakı dərslər eyni olsa da. Kurslarda dərslər müxtəlif tədris metodlarından və materiallarından istifadə edən müxtəlif müəllimlər tərəfindən tədris olunur. Pis və ya yaxşı kurs yoxdur, sadəcə sizin üçün doğru olan kursu seçməlisiniz. Bunun üçün isə kursları araşdırmaq, ətraflı məlumat toplamanız lazımdır.
CodeBit olaraq seçiminizi daha da dəqiqləşdirmək üçün ödənişsiz sınaq dərsinə yazılmağı təklif edirik.
22. Proqramçı olmaq üçün gündə 30 dəqiqə sərf etmək kifayətdir
Təəssüf ki, bu kifayət deyil, hətta gündə 2 saat belə azdır. Bu templə tam öyrənmə müddətiniz uzana və çətin proyektlər etmək üçün uyğun səviyyəyə çatmaq daha çox vaxt tələb edə bilər.
Hobbi deyil, işində peşəkar olmağı qarşınıza məqsəd qoymusunuzsa, proqramlaşdırmanı həyat tərzinizə çevirməlisiz. CodeBit-ə müraciət edənlər üçün gündəlik minimum 3 saat, ortalama isə 5-6 saat kod yazmağa vaxt ayırmağı tövsiyyə edirəm.
Sağolsun “Facebook Memories” keçmişdə yazdıqlarımızı xatırladır. Vaxtilə mənim gündəlik hədəfim minimum 5-6 saat kod yazmaq idi, imkan düşdükcə də 7-9 saat məşğul olmağa çalışırdım. Buna görə də bu facebook post-dan 1 ay sonra, 2012-ci il mart ayında 3-cü kurs tələbəsi kimi yarımştat (part-time) iş tapmışdım. Sıfırdan online dərslərlə 3 ay öyrənərək iş tapmaq yaxşı göstəricidir. Nəzərə alsaq ki, online öyrənmək kursda öyrənməkdən daha çətindir. Qısa müddətə nəticə əldə etmək üçün gərək çox çalışasınız. Qeyd: İngilis dili biliklərinizi və stereotipləri də qıraraq daimi inkişaf etdirməyə çalışın.
Proqramlaşdırmada məhdudiyyətlərlə bağlı miflər
23. Proqramlaşdırma öyrənmək üçün yaşım çoxdur, artıq gecdir
Proqramlaşdırma öyrənmək üçün nə yaşlı, nə də gəncsiz. Bu yalnız proqramlaşdırmaya aid deyil. İstənilən sahəni öyrənmək və uğur qazanmaq yaşla məhdudlaşmır. Öyrənmək arzusu və bu bilikləri praktikada tətbiq etmək istəyi yaşdan asılı olmayan amildir. Hər yaşda xarici dil öyrənə biləcəyiniz kimi, hər yaşda proqramlaşdırmanı da öyrənə bilərsiniz.
CodeBit-ə müraciət etmiş ən yaşlı tələbənin 41 yaşı olub. Digərləri bu yaşda həyatdan ümidlərini itirəndə, digərləri yeni səhifə açmağa çalışır. Yaş bəhanələrindən mümkün qədər uzaq olmaq lazımdır. İstək və məqsəd olduqca istənilən sahədə, istənilən yaşda uğur əldə etmək mümkündür
24. O, proqramlaşdırma öyrənmək üçün çox balacadır, gəncdir
Çox vaxt valideynlər uşağın proqramlaşdırma öyrənməyə uyğun olma vaxtını yaşa görə təyin edirlər. Əlbəttə, uşaqların və yetkinlərin tədris metodikalarında fərqlər var, ancaq yaş proqramlaşdırmağa başlamağa mane olmamalıdır. Necə ki, uşaqlar az yaşdan şahmata, üzgüçülüyə, futbola başlayırsa, proqramlaşdırmada da bunu tətbiq etmək olar.
8-9 yaşından sonra uşaqlar proqramlaşdırmanın əsas konsepsiyalarını yaxşı başa düşürlər. Onlar üçün ilk proqramlaşdırma dili kimi Scratch daha uyğundur.
25. Proqramlaşdırma qadınlar üçün deyil
İT sahələri üzrə kişilər üstünlük təşkil etsə də, bu qadınların proqramlaşdırma öyrənməyinə mane olmamalıdır. Hətta dünyanın ilk proqramçısı Ada Lovelace qadın olub. Marissa Mayer – Google-un 21-ci işçisi və ilk qadın proqramçısı idi.
Sadəcə kişilər parfümeriya sahəsi ilə maraqlanmadığı kimi, qadınlar da İT sahəsinə maraq göstərmirlər. Bu peşənin mürəkkəbliyi ilə deyil, əksinə, sosial-iqtisadi təzyiq və qadınların şəxsi maraqları ilə bağlıdır. Bir qadının proqramçı olmaması üçün heç bir obyektiv səbəb yoxdur. Kişi və qadınlarda proqramlaşdırma üzrə seçim və karyera yolları tamamilə eynidır.
Proqramçıların bacarıqları haqqında miflər
26. Bütün proqramçılar hakerdir
Əksərən proqramçıları hakerlərlə müqayisə edirlər. Haker-cinayətkarlar resurslara icazəsiz giriş əldə etməyə, adi proqramçılar isə məlumatların təhlükəsizliyini müdafiə etməyə çalışırlar. Həmçinin, proqramçılar Facebook, Instagram hesablarını sındıran “hakerlər” deyil və bu işlə də məşğul olmurlar.
27. Bütün proqramçılar texnika təmir etməyi bacarmalıdır
Əgər siz proqramçısınızsa, qohumlarınız, qonşularınız və dostlarınız belə sizin telefon, komputer, televizor kimi cihazların təmirini bildiyinizi düşünəcəklər. Printerin sazlanması, komputer formatı və yenisinin alınması deyiləndə siz yada düşəcəksiz.
Proqramçıya – komputer də daxil olmaqla, texnikanı anlamaq məcbur deyil. Komputerə olan maraq proqramçıda sərt diskin dəyişdirilməsi, komputer formatı, proqramların komputerə quraşdırılması kimi bacarıqların yaranmasına səbəb olur, amma bu proqramçıların əsas işi deyil. Proqramçı kod yazaraq proqramları yaradır, texnika təmiri üzrə mütəxəssislər isə onları bərpa edir.
Proqramlaşdırma dilləri və alətləri haqqında miflər
28. Bir proqramlaşdırma dili digərindən daha yaxşıdır
Proqramçılar öz istifadə etdikləri proqramlaşdırma dilini tərifləməyi sevirlər. Buna görə də tez-tez həmin dilin digərindən daha yaxşı olduğunu iddia edirlər. Lakin hər dil müəyyən bir məqsədə xidmət edir və bir dilin başqa birindən yaxşı olduğunu iddia etmək doğru deyil. İtalyan və fransız dilinin hansının daha yaxşı olduğunu soruşsanız, cavab olduğunuz ölkəyə görə dəyişəcək. Proqramlaşdırmada da buna bənzər vəziyyətdir.
Yeni başlayanlar üçün daha rahat dillər var – məsələn, JavaScript. Amma bir qədər çətin Java, C# və ya C++ ilə də başlaya bilərsiniz. Bəzi dillər qurğu təminatı (hardware), bəziləri riyazi hesablamalar, bəziləri veb üçün daha yaxşıdır. Buna əsasən, vəziyyətdən asılı olaraq müəyyən bir proqramlaşdırma dilinin tapşırıq çərçivəsində daha yaxşı seçim olduğunu söyləmək olar. Adətən, tapşırıqların həlli üçün bir neçə dil istifadə edilir. Dillər isə birlikdə işləyərək bir-birlərini tamamlayırlar.
29. Bütün proqramlaşdırma dilləri eynidır
Adətən, bütün proqramlaşdırma dillərinin eyni problemi həll etdiyini düşünürlər. Ancaq bu həmişə belə deyil. Müxtəlif problemləri həll etmək üçün müxtəlif proqramlaşdırma dilləri istifadə olunur. Python tədris və məlumatların emalı üçün, PHP veb saytların yaradılması üçün, JavaScript veb saytlara dinamiklik qatmaq üçün, C++ performansın vacib olduğu qəliz proqram təminatları üçün, Swift iOS-a tətbiqlərin yazılması üçün istifadə olunur. PHP veb saytların yaradılması üçün ən populyar dildir. Gördüyünüz kimi, müxtəlif dillər müxtəlif tapşırıqları həll etmək üçün yararlıdır və peşəkar proqramçılar bunların bir neçəsini bilirlər.
30. Gənc proqramlaşdırma dillərini öyrənmək lazımdır
C dili 1972, C++ 1985, JavaScript və PHP isə 1995-ci ildə yaranıb. Ancaq bu onların köhnəlmiş və ya yeni yaranan dillərdən pis olması demək deyil. Proqramlaşdırma dilləri daim yenilənir, onlara yeni sintaktik konstruksiyalar əlavə olunur, kitabxanalar genişləndirilir. Bunu avtomobil kimi təsəvvür edin: Mercedes 92 il əvvəl (1926) yaradılmışdır, lakin hər il yeni modellər buraxılır.
Sadəcə olaraq, sizin tətbiq etmək istədiyiniz sahəyə uyğun dili öyrənmək lazımdır. Proqramlaşdırma öyrənmək üçün JavaScript, veb saytlar hazırlamaq üçün PHP, mobil tətbiqlər üçün Swift (iOS), Kotlin və ya Java (Android) öyrənə bilərsiz.
31. Əsl proqramçılar C/C++ ilə kod yazır
Əsl sürücülər də yalnız mexaniki sürət qutulu maşın sürürlər və həftədə bir dəfə qarajda avtomobilin mühərrikini söküb-yığırlar. Əlbəttə ki, bu belə deyil. “Əsl əjdaha” proqramçıları bəzi proqramlaşdırma dillərini lazımsız sayırlar. Məsələn, uzun müddət PHP-ni belə hesab edirdilər, indilərdə isə JavaScript-i server-side dil kimi zəif hesab edirlər. Buna baxmayaraq, PHP Facebook (HHVM), Vkontakte, Wikipedia və milyonlarla digər saytların yazıldığı güclü və məşhur bir dildir. Hazırda PHP 7.3.x versiyası ilə ən sürətli dillərdən biridir. Bəzi benchmark testlərə baxa bilərsiz: digər dillər ilə müqayisə və versiyaları arasında müqayisə.
Zəif və ya güclü dil yoxdur, xüsusi problemlərin həlli üçün daha uyğun dil var. Qalan hər söz boş danışıqdan başqa bir şey deyil.
32. HTML və CSS öyrənmişəm, artıq “proqramistəm”
Təəssüf ki, HTML və CSS proqramlaşdırma dilləri deyil. Amma bu onların web proqramlaşdırmada vacibliyinə təsir göstərmir. Bütün web saytların əsas görünüş və strukturu bu ikisinə bağlıdır.
Web proqramçı HTML və CSS-si ən azı baza səviyyəsində bilməlidir. Yeni web proqramlaşdırmaya başlayanlar üçün isə HTML və CSS öyrənmək rahatdır.
33. Professional proqramçı olmaq üçün bir proqramlaşdırma dili bilmək kifayətdir
Professional proqramçılar bir neçə dil və müxtəlif köməkçi texnologiyalar bilirlər. Bunlardan başqa, proqramçı yalnız proqramları yazmağı (kodlaşdırma) deyil, dokumentasiya və testlər yazma qabiliyyətinə, böyük tapşırıqları kiçik hissələrə bölmək, komanda işi və s. kimi çoxlu bacarıqlara malik olmalıdır. Kiçik bir veb saytı hazırlamaq üçün HTML, CSS, JavaScript, PHP və ya başqa bir server-side dili bilmək lazımdır. Bir tərəfdən, peşəkar proqramçıya bir dil bilməsi kifayət deyil. Digər tərəfdən isə, bir dili yaxşı biləndən sonra digər dilləri öyrənmək çox rahatdır.
Proqramçının karyera və qazancları haqqında miflər
34. Qısa müddətə çoxlu pul qazanacam
Peşəkar proqramçılar digər sahələrin işçilərinə görə adətən daha çox qazanırlar. Amma bu vəziyyət hər proqramlaşdırmaya başlayan üçün belə olacaq mənasına gəlmir. Aylıq ortalama 800-1200 AZN və daha artıq qazanmaq mümkündür, lakin bu dərhal baş vermir. Belə əmək haqqı üçün bir neçə il vaxt lazım ola bilər. Proqramçının əmək haqqı bacarıqları, təcrübə və portfelindən(portfolio) asılıdır, ancaq yeni başlayanda isə bunların heç biri olmur. Ona görə daha çox təcrübə qazanmaq üçün müxtəlif çətinlikli proyektlər etmək lazımdır.
35. Çox gec pul qazanacam
Yeni başlayanların əksəriyyəti yalnız professional olandan sonra pul qazana biləcəklərini düşünürlər. Ancaq bu tam olaraq belə deyil. Təcrübəli proqramçılar yaxşı qazanırlar, amma bu yeni başlayanların illərlə pul qazanmağa cəhd etməməsi anlamına da gəlmir.
Bəzən peşəkar proqramçılar üçün maraqsız, xırda freelance proyektlər olur. Belə fürsətlər yeni başlayanların özlərini sınamaq və ilk gəlirlərini qazanmaq üçün yaxşı təcrübədir. Zamanla bacarıqlarınız, təcrübəniz və portfolio-nuz böyüdükcə, daha mürəkkəb layihələr götürərək, daha çox pul qazana bilərsiniz. Alternativ variant kimi təcrübəçi (stajor) ya da kiçik proqramçı (junior) kimi iş tapıb, real layihələr üzərində işləyə və öyrənə bilərsiniz.
36. Qısa zamanda tez iş tapacam, çünki, proqramçılara təlabat yüksəkdir
Həqiqətən də yerli və xarici bazarda proqramçılara çox böyük tələbat var, lakin bu yeni başlayanlara tam olaraq aid deyil. Əksər şirkətlər minimum 2-3 il təcrübəsi olan proqramçılar axtarır. Buna görə variantlardan biri orta və ya böyük bir şirkətdə təcrübə keçmək və ya kiçik bir şirkətdə junior proqramçı olmaqdır.
Mən vaxtilə (2012-2013) bu yollardan keçmişəm. Lakin hazırda daha fərqli bir variantın tərəfdarıyam – özünüz və ya hansısa startup üçün müxtəlif tipli proyektlərdə çalışaraq yaxşı təcrübə toplamaq, sonra isə orta və ya yuxarı maaşa işlərə müraciət etmək. Hazırda texniki heyəti savadlı olan şirkətlər illərə görə deyil, görülən proyektlərin təcrübəsinə görə işçiləri qəbul edirlər.
37. Şirkətlər özləri məni tapacaq
Bir çox tələbə universitet və kurslardan məzun olarkən şirkətlərin onları tapacağına, yaxşı şərtlərlə işə qəbul ediləcəklərini gözləyirlər. Onlar gözləyən müddətdə digərləri biliklərini artırır, şirkətlərə CV göndərir, şəxsi veb saytlarını yaradır, GitHub layihələrinə qoşulurlar. GitHub – proqramçıların şəxsi mənbə kodlarını digər proqramçılarla paylaşdığı sosial şəbəkədir. Siz hər hansı bir layihəyə qoşula və onu təkmilləşdirə bilərsiniz. Şirkətlər bu cür kadrları yüksək qiymətləndirirlər.
Ən yaxşı universiteti və ya ən bahalı kursu bitirsəniz belə, iş axtarışında daim aktiv olmalısınız, yeni cəhdləri, axtarışları dayandırmamalısız.
38. Proqramlaşdırma bilikləri yalnız proqramçılar üçün lazımdır
Hazırki müasir dövrdə proqramlaşdırma haqqında minimum anlayışın olması belə çox vacibdir. Biznesdə, şəxsi işlərdə, qeyri-İT peşələrdə (marketoloq, satıcı və s.) proqramlaşdırma, ümumilikdə İT bilikərin olması həmişə xüsusi üstünlükdür. Bu işəqəbuldan, gündəlik şəxsi işlərin avtomatlaşdırılmasına kimi hər bir sahədə köməyinizə gələcək biliklər deməkdir.
Ümid edirəm ki, məqalə faydalı oldu. Əgər elədirsə, maraqlı olan dostlarınızla paylaşmağı unutmayın.
150 Şərhlər
Tt
August 8, 2019
Men proqramçı olmaq üçüñ hansi ixtisası fakülteni seçmeliyem
Tt
August 8, 2019
Universitetde
Musa
August 11, 2020
Salam mən android developer olmaq isdəyirəm amma nədən başlayacağımı bilmirəm
Murad Mustafayev
August 12, 2020
Android development üçün Java və ya Kotlin ilə başlamaq olar. Əgər hazırlayacağınız application-da online(internetlə) əlaqələr olacaqsa, o zaman APİ yazmaq üçün bir backend dili də bilməniz lazım olacaq
Əgər Javascript bilirsizsə, React və React Native yolunu seçmək olar. Və ya Dart dili ilə Flutter öyrənmək olar
Seçimlər biraz çox olduğu üçün gərək özünüz də biraz araşdırma edəsiz. Hər yolun özünün üstün və mənfi cəhəti var
Zərifə
September 10, 2022
Salam.Sizcə 9-cu sinifdən kurslara gedərək İT-ə hazırlaşa bilərəm?Universitetə qəbul olmaq istəyirəm.Proqramlaşdırma öyrənsəm nə qədər vaxta öyrənərəm İT-ə qəbul olmaq üçün?
Murad Mustafayev
September 14, 2022
Salam. Universitetə (hətta İT üzrə ixtisaslara da) daxil olmaq üçün İT bilmək lazım deyil. Sadəcə olaraq indidən İT-ni bilmək, universitet illərində sizin digərlərindən öndə olmağa kömək edəcək. Digərləri “əlifba”nı öyrənəndə, sizin biliklərinzə görə işləmək şansınız da ola bilər
Ravan
September 13, 2021
Riyaziyyat işləri korluyur.Gərək riyaziyyatı və fizikanı texniki fənni biləsən beynin başın götürə bilə.
Murad Mustafayev
August 12, 2019
Azərbaycanda, proqramçı olmaq üçün universitet və fakultənin xüsusi önəmi yoxdur. İstənilən ixtisası bitirib proqramçı ola bilərsiz. Əgər həqiqətən də proqramlaşdırmaya həvəsiniz, marağınız varsa, sizə heç kəs maneə ola bilməyəcək. Bu sahədə uğurlu olmaq üçün yalnız bilikləriniz kifayət edir. Universitet, tanışlıq və s. heç nəyə gərək yoxdur. Sadəcə savadlı, bilikli kadr olmaq lazımdır. Uğurlar sizə!
Gulnar
August 30, 2019
ekser universitetlerimizde IT sahesi ile bagli ixtisaslar movcuddur.
Günəş
October 3, 2022
Salam proqramist olmaq üçün 15 yaşdan başlayıb kurslara yazılıb ola bilərəm? Üniversit oxumadan ola bilərəm?
Murad Mustafayev
November 11, 2022
Salam. Bəli, hazırda bu sahə üzrə diplom bilikləri demək olar ki, tələb olunmur. Nə qədər tez yaşda öyrənib, real praktika etməyə başlasanız, bir o qədər də tez iş tapıb, karyera qura bilərsiz
Yusif
October 31, 2022
Salam. Bir sualım var front end developer olmaq üçün riyaziyyat bilikləri vacibdir?
Murad Mustafayev
November 11, 2022
Salam. Frontend proqramçı üçün riyazi biliklər elə də vacib deyil amma üstünlükdür. Əsas məntiqi düşünmənin yaxşı olmasıdır. Riyazi biliklərin olmaması frontend üçün elə də qorxulu hal deyil
Fuad
March 24, 2020
Salam,
Proqram dilini öyrənməyə yeni başlayan üçün ingilis dilini bilmək şərtdi? – və hansı səviyyədə? Təşəkkür edirəm
Murad Mustafayev
March 25, 2020
Salam. Vacib deyil amma üstünlükdür. Ən azı texniki ingilis dili səviyyəsində bilməyiniz lazımdır.
Əksər dokumentasiyalar, texniki problemlərin həlli və s. ingilis dilində olduğu üçün bu dili bilmək İT sahələrində işləri xeyli asanlaşdırır
Elcin
November 22, 2020
Proqramlasdirma dili öyrənmək üçün ingilis dilin ən azı orta səviyyədə, həm də rus dilin yüksək səviyyədə bilmək vacibdir. Əsas material ingilis və rus dilindədir. Ədəbiyyatı oxuyub, anlamadiqdan sonra hansı proqramlaşdırma dilindən danışmaq olar? Mən proqramçı deyiləm. Amma c++ və c# dilləri ila az məşğul olmuşam. Her ikisini mənimsəmək üçün ingilis və rus dili vacibdir. Her proqramçı kodda şərhlər yazmalıdır. Şərhləri oxumadan kodu anlamaq çox çətindir. Öyrənmək üçün isə hazır kodlarla işləmək əsas şərtlərdən biridir.
Məhəmməd Ağazadə
April 7, 2020
Salam, öncəliklə yazı üçün təşşəkürlər.Sizə bir sualım olacaq:Google,Apple,Microsoft kimi texnologiya şirkətlərində işə girmək üçün nə etməliyəm?Hansı proqramlaşdırma dillərinə üstünlük verməliyəm?
Murad Mustafayev
April 10, 2020
Salam. Sadaladığınız bu şirkətlərdə böyük komandalar çalışır var və hər biri fərqli işlər görür. Əvvəlcə sahəni dəqiqləşdirmək lazımdır. Deyək ki, proqramlaşdırma üzrə getmək istəyirsiz və yalnız C dilini bilirsiz. Əgər sizə bundan sonra Go dilində yazmaq lazımdırsa, yenə də sizi işə götürürlər. Proqramlaşdırma dili sadəcə iş görmək üçün alətdir. Qısa müddətdə fərqli dillərdə yazmağı öyrənə bilərsiz. Proqramlaşdırma dili öyrənmək işin asan hissəsidir. Belə böyük şirkətlərdə proqramçının əsas üstünlüyü alqoritmik, riyazi bilikləridir. Çox proqramlaşdırma dili bilməyin xüsusi üstünlüyü yoxdur(istisnaları çıxmaq şərtilə)
Tam dəqiqliklə necə müsahibələr olduğunu bilmək istəyirsizsə, axtarış edə bilərsiz. Məsələn, “Google software engineer interview preparation”, “Apple software engineer interview process” və s. Beləliklə, müsahibədə iştirak etmiş şəxslərin birbaşa təcrübələrini və məsləhətlərini oxuya bilərsiz.
Şamil
May 13, 2024
Salam mən proqlamçı olmaq üçün hansı qurupu və dərsləri səçməliyəm
12 yaşdan proqram yazmaq olar
Murad Mustafayev
May 15, 2024
Salam. Əslində proqramçı olmaq üçün universitet oxumağa ehtiyac yoxdur. Sadəcə başlamaq lazımdır. 12 yaş başlamaq üçün ən ideal vaxtlardandır.
Hələlik Youtube-dan HTML və CSS dərslərinə baxmaq olar. Maraqlı gəlsə, sonradan JavaScript ilə davam etmək olar. Başqa variant isə Youtube-dan Python ilə başlamaq olar. Uğurlar!
Elcin
November 22, 2020
Dilin fərqi yoxdur. Sadəcə hansı dili harda və necə istifadə etmək lazım olduğunu bilmək lazımdır. Məsələn c++. Bu dil birbaşa professora müraciət etdiyindən, yazılan proqramlar olduqca sürətlidir. Amma, vizual studio bu dildə yazarkən səhvləri tuta bilmir. Və demək olar har şeyi sıfırdan işləmək lazımdır. C# da yazılan proqram isə nisbətən ləng işləyir. Çünki Framework.net proqramlar prosesdir arasında əlaqəni rolunu oynayır. Amma, bu dildə yazmaq daha asandır və az vaxt aparır. Belə ki, Framework özündə əsas bazaları və şablonları daşıyır. Proqramçı sadəcə şablonları əlaqələndirir, ehtiyac olduqda yeni məntiq əməliyyatları yerinə yetirən kod yazır. Və c# c++ dan fərqli olaraq windowsdan kənarda işləmir. Bunun üçün əlaqələndirici proqramlar var, amma proqramın iş sürəti azalır və kompyuter çox yüklənir. Java da eynən C# kimi işləyir. Belə ki,her ikisi c nəslinə aiddir. Qısaca c++ drayverlər üçün, c# və java müştəri yönümlü proqramlar üçün mükəmməl dildir.
Məhəmməd Ağazadə
April 10, 2020
Salam,caabiniz uçun təşəkkurlər siz riyazi biliklər deyəndə tam olaraq hansı səviyyədə riyazi bilikləi nəzərdə tutursunuz?
Murad Mustafayev
April 22, 2020
Xətti cəbr (linear algebra), həndəsə, ehtimal və statistika (probability and statistics) əsas lazım olan bölmələrdəndir.
Yerli universitetlərdə keçilən riyaziyyatı da öyrənmək yaxşı olardı. Ümumiyyətlə, riyaziyyat Google və s. kimi nəhəng şirkətlərdə proqramlaşdırma sahəsində daha yuxarı səviyyələrə qalxmaq üçün vacibdir
Mirsaleh
May 9, 2020
Salam. Çox faydalı məqalədi… Eyni anda 2 proqramlaşdırma dili öyrənmək olarmı? Mənim 23 yaşım var, universitet və əsgərliyi başa vurmuşam. Amma mən indiyə kimi hər hansı bir proqlamlaşdırma dilini axıra kimi başa vurmamışam. Bu aralar Python öyrənirəm eyni zamanda JS ilədə davam etmək fikrim var. Nə məsləhət görürsünüz? Cavablandırsanız sevinərəm:) Öncədən təşəkkürlər!
Murad Mustafayev
May 11, 2020
Salam. Faydalı olduğunu eşitmək xoşdur.
Əslində yeni başlayan üçün 2 dili eyni vaxtda öyrənməyin üstünlüyü yoxdur. Bir dili yaxşı bilsəniz, digərini onsuz da rahat öyrənə biləcəksiz.
Veb proqramlaşdırma üzrə davam edəcəksizsə, mən JS ilə başlamağı təklif edərdim. JS vebdə həmişə proqramçının qabağına çıxır + asan dildir. Həmçinin ölkədə iş imkanları çoxdur. Python yaxşı dildir amma birbaşa backend öyrənmək yeni başlayanlara tövsiyyə etmirəm + ölkədə iş də yoxdur bu dil üzrə və s
Elcin
November 22, 2020
Bir neçə dil öyrənmək üçün ən yaxşı yol eyni nəsilə aid olan dilləri öyrənməkdir. C++, c# java. Hər 3-u c dilinin törəmələridir. C++-c#/java bu ardıcıllıqla öyrənmək daha münasib olar. Amma c++ sonra da Pascal və ya Basık öyrənmək məqsədə uyğun deyil. Onların üçü də eyni işi görmək üçün yarayır. Elə bil ki, bir yeməyi yemək üçün 3 müxtəlif qaşıq götürürsən )
Imanov Ibrahim
May 19, 2020
600-1200 AZN maas almaq ucun minimum ve maksimum nece il muddet lazimdir?
Murad Mustafayev
May 19, 2020
Öyrənməyə nə qədər çox vaxt sərf etsəniz, o qədər tez yuxarı maaş ala bilərsiz. Ortalama isə seçdiyiniz sahədən asılı olaraq, 6-12 aya 600-1200 AZN maaş ala bilərsiz
Qasimova Sebine
June 12, 2020
Salam men proqramlasdirmaya yeni baslamisam. Gunde en azi 3 saat mesgul oluram. Bele devam etse men nece ile proqramci ola bilerem. Indiden tesekkurler…
Murad Mustafayev
June 18, 2020
Salam. Gündəlik minimum 3 saat məşğul olmaq yaxşı haldır. İmkan olduqca artırsanız daha da yaxşı olar.
Davamlı olsanız və motivasiyadan düşməsəniz 3-4 aya ilkin nəticələri görəcəksiz. Düzgün sahədə başlamaq, doğru formada kod yazmaq və s. kimi məqamlar olacaq ki, sizin öyrənmə müddətinizi biraz uzada bilər. Ona görə bu sahə üzrə məlumatı olan birindən doğru istiqaməti seçmək, nələri öyrənmək lazımdır və s. üzrə davamlı konsultasiya almanız yaxşı olardı. O zaman daha tez öyrənə biləcəksiz.
Seçdiyiniz sahədən və yuxarıda qeyd etdiyim məqamlardan asılı olaraq təxmini 6-12 ay arasında sərbəst yaza biləcək proqramçı ola bilərsiz. Əlbəttə ki, adamdan asılı olaraq bu müddət daha qısa və uzun ola bilər
Elcin
November 22, 2020
Öyrənilən dildən də çox şey aslıdır. Məsələn c++ c# a nəzərən daha çox vaxt tələb edir. C++ da sözləri yadda saxlamaq özü bir ustaliqdi )) c# isə adi danışıq dilində sadə formada yazılır. Həmçinin java. Basık də c++ kimi qəlizdir.
Roman
December 21, 2020
Salam. Məqalə superdi. Mən proqramlaşdırmanı öyrənmək istəyirəm. Konkret qarşıma məqsəd qoymuşam. Amma kompüter biliyim yoxdu. Lakin hər hansı bir şey göstərdikdə bir dəfəyə öyrənirəm. Rus dilini yaxşı bilirəm. Mən nədən başlamalıyam ? Əvvəlcədən təşəkkürlər
Murad Mustafayev
December 22, 2020
Salam. Əvvəlcə çalışın proqramlaşdırma üzrə sahəni seçin. Frontend, backend, mobil və s kimi sahələr mövcuddur. Hər birində də müxtəlif dillər, texnologiyalar var. Əvvəlcə onları araşdırın görün hansı sizə daha maraqlıdır. Ondan sonra başlayın onlar üzrə youtube, udemy və ya online/offline kurslar götürməyə, öyrənməyə. Proqramlaşdırma üzrə əsas məsələ çox praktikadır. Hər gün 10 saat video dərsə baxsanız da, praktiki kod yazmadan öyrənə bilməyəcəksiz. Ona görə bu məqama diqqət yetirin
Elcin
November 22, 2020
Salam. Hansı dili oyrənirsiz? Bəlkə birgə nəsqul olaq? Mən c dillərinə üstünlük verirəm (hazırda c#). Az çox təcrübəm var.
nurlan huseynzade
August 20, 2020
Uca Allahin salami olsun sizlere men proqramlasdirmaya baslamaq isteyirem hec bir proqramdan anlayisim yoxdur neyi oyrene bilerem hansi proqrami meselen?
Murad Mustafayev
August 21, 2020
Salam. Proqramlaşdırma üzrə heç bir anlayışınız yoxdursa, əvvəlki müəyyən araşdırma edin ki, məlumatınız olsun. Baxın nədir proqramlaşdırma, nə kimi üstün-mənfi cəhətləri var və s. Ondan sonra sizə qərar vermək daha asan olacaq.
Veb proqramlaşdırma üzrə başlanğıc üçün frontend daha uyğun sayılır. İlkin buradan başlamaq olar
Elcin
November 22, 2020
Əsas nədən başlamaq deyil. Əsas nə iş görmək istədiyindi. Bir də gərək aşağı səviyyəli dillərə girisməyəsən. Aşağı səviyyə deyərkən birbaşa prosessora müraciət edən dillər nəzərdə tutulur. Vizual Studio proqramlaşdırma mühitin məsləhət görürəm. Yeni versiya lazım deyil. Vs 2012oyrənmək üçün mükəmməldir və Microsoft pulsuz paylaşır. Pulsuz 2015 -2017 versiyalar da var. Amma bunlar yalnız Windows 10 üçün proqram yığmağa imkan verir. Məncə öyrənmək üçün əlverişli deyil.
Ilkin
September 3, 2020
Salam,proqramlasdirmanin geleceyi var,yeni 35 yasdan sonra hansi isle mesgul olmaq olar?
Murad Mustafayev
September 7, 2020
Salam. Gələcəyi olan sahələrdən biri də məhz proqramlaşdırmadır.
Gördüyünüz yeni texnologiyalar, gündəlik istifadə etdiyiniz mobil və veb tətbiqlər və s. hamısı proqramlaşdırmanın sayəsində olub.
Cavan yaşdan başlayıb proqramçı olmusuzsa, 35+ yaşa çatanda komanda rəhbəri, proqram təminatı üzrə arxitektor, senior proqramçı, texnologiya sahəsi üzrə startup-çı və ya biznesmen ola bilərsiz. Yox əgər 35 yaşında başlayırsızsa, onda ilkin mərhələ kimi veb studiyalarda proqramçı ola bilərsiz. Zamanla təcrübə qazanıb həm maaşı, həm də bilik və vəzifənizi artıra bilərsiz
Rasul
September 8, 2020
backend dili olaraq hansi dilleri meslehet gorurusuz ? men flutter oyrenirem.. flutterin geleceyi ile bagli ne deye bilersiniz ? birde azerbaycanda en cox telebat olan diller hansialrdir ?
Murad Mustafayev
September 9, 2020
Backend dili kimi Azərbaycanda PHP, Java və C# məşhurdur.
Flutter əslində dil deyil, SDK-dır. Dil olaraq Dart dili istifadə edir. Flutter hazırda çox sürətlə populyarlaşır və inkişaf edir. Hazırda gələcəyi yaxşı görünür amma ölkəmizdə istifadəsi çox az olacaq deyə düşünürəm.
Azərbaycanda proqramlaşdırma dili olaraq ən məşhur JavaScript-dir. Digər məşhur dilləri də yuxarıda qeyd etdim. Ətraflı olaraq isə buradan oxuya bilərsiz. Biraz köhnə statistika olsa da, hələ də hazırda aktualdır – https://codebit.az/bloq/proqramlasdirma-dilleri-ve-maaslar-2018/
Nurlan
October 10, 2020
Salam.Web Developmentdə Riyazi bilikler hansı səviyyədə olmalıdır?Mənim Riyaziyyat biliyim əvvəl normal olub amma indi çox işlətmədiyim üçün yadımdan çıxır.
Murad Mustafayev
October 10, 2020
Salam. Veb proqramlaşdırma üçün dərin riyazi biliklər lazım deyil. Əsas vacib olan məntiqi və alqoritmik düşüncədir. Onu da çoxlu praktika edərək inkişaf etdirmək olar
Penah Mohbalizade
November 2, 2020
Salam, proqramlaşdırmağı öyrənmək istəyirəm. Hansı proqramlaşdırma dilləri daha vacibdi hansilarını öyrənməliyəm söyləyə bilərsiniz?
Murad Mustafayev
November 3, 2020
Salam. Proqramlaşdırma dillərindən vacib, mütləq öyrənilməli dil yoxdur. Sizin məqsədinizdən, seçdiyiniz sahəyə uyğun olan proqramlaşdırma dilləri vardır. Əsasən təlabat üzrə soruşursunuzsa, ümumi olaraq belə qeyd edə bilərəm:
– bütün yerli şirkətlər, dövlət müəssisələri, dünya (web) – JavaScript
– kiçik və orta yerli özəl şirkətlər (web) – PHP
– iri yerli özəl şirkətlər (Paşa, Sinam, RİSK və s) (enterprise) – Java, C#
– dövlət müəssisələri, banklar – C#
– dünyada (AI, data science) – Python
Yuxarıda yerinə görə ən çox istifadə olunan dillərdir. Bundan əlavə Go, Python da özəl və dövlət müəssisələrində işlənməyə başlayır. Bu daha çox mikro servis arxitekturası olan şirkətlər üçün keçərlidir
Python dünyada Aİ, ML və data science sahələri üzrə məşhurdur. Bizdə bu sahələr inkişaf etmədiyindən Python ölkədə tələbat çox aşağıdır. Dünyada da Python web-dən daha çox, yuxarıda qeyd etdiyim sahələr üzrə istifadə olunur
Ölkə üzrə statistik məlumatları buradan oxuya bilərsiz. Məqalədən bir müddət keçsə də, hələ eyni vəziyyət aktualdır
https://codebit.az/bloq/proqramlasdirma-dilleri-ve-maaslar-2018/
Rəvan Qasımov
November 7, 2020
Salam. Mənim 16 yaşım var hazırlıqlara gedirəm lakin oxumağa heç həvəsim yoxdur. Sizcə hazırlığa gedib instuta girməyim vacibdir yoxsa oxumağa xərclədiyim illər ərzində sevdiyim iş ilə yəni proqramlaşdırma ilə maşğul olsam daha yaxşıdır ?
Murad Mustafayev
November 8, 2020
Salam. Valideynləri razı sala bilərsizsə, universitetə getməmək məsləhətdir. 4 il sərf edəcəyiniz vaxt və pul qarşılığında heç nəyə faydası olmayan diplom alacaqsınız. Həmin pul və vaxtı proqramlaşdırmaya sərf etmək gələcəkdə artıqlaması ilə bəhrəsini verəcək. Ən azı 21-ci əsrin peşəsini öyrənəcəksiz.
Yaş olaraq da əla vaxtdır. 2 il proqramlaşdırma üzrə ciddi hazırlaşsanız, aylıq minimum 800-1000+ AZN maaşı olan işdə işləyə bilərsiz.
Rəvan Qasımov
November 9, 2020
İnternetdə axtardığım zaman qabağıma Code Academy deyə bir yer çıxdı. Ora haqqında məlumatınız varsa mənim ilə paylaşsanız sevinərəm. Birdə ki başqa hansı kursları məsləhət görərdiniz ?
Murad Mustafayev
November 15, 2020
Code Academy və digər kurslarla bağlı özünüz birbaşa məlumat alsanız daha uyğun olar. Uyğun məlumatları özləri sizə daha dəqiq çatdırardı.
Bizim CodeBit kursları ilə maraqlansanız buradan baxa bilərsiz – https://codebit.az/proqramlasdirma-kurslari/
Nihat Kazımzadə
December 24, 2020
Salam.Kiber müdafiə(türkcə siber güvenlik deyilir) öyrənmək üçün hansı dilləri bilməliyəm? Bu iş üçün nə etməli olduğumu deyə bilərsinizmi?
Jalə
May 19, 2022
Salam. Mənim 16 yaşım var, hazırlıqlara gedirəm və bu yaxınlarda blok imtahanı verəcəm. UFAZ universitetinə qəbul olub proqramistlik üzrə təhsil almaq istəyirəm. Məni düşündürən sual odur ki, 4 illik universitet təhsili mənə proqramistlik haqqında yetərincə məlumatlı olmağa bəs edərmi yoxsa kurslara getmək daha məsləhətlidir ? Və eyni zamanda mən 4 illik təhsilimi başa vurub, 2 diplom aldıqdan sonra müxtəlif yerlərdə proqramist olaraq rahatlıqla iş tapa biləcəm? Yəni bu diplomların mənə nə kimi faydası olacaq ?
Murad Mustafayev
September 14, 2022
Salam. Çox aktual sualdır. UFAZ tələbələri gördüyüm qədərilə savadlı olurlar və universitetdə daha yaxşı tədris keçirilir. Amma ölkədə 4 il ərzində normal proqramlaşdırma tədris edən universitet tanımıram. Yaxşı öyrənmək üçün ya kursa getməlisiz, ya da özünüz öyrənməlisiz. Yalnız universitet biliyi ilə heç yerdə işə düzəlmək olmur.
Diplomun hansısa spesifik məqamlarda köməyi ola bilər amma proqramlaşdırma üzrə ümumilikdə önəmi yoxdur. Əsas sizin bilik və bacarıqlarınızdır. Mən 10+ ildir bu sahə üzrə işləyirəm, diplom cəmi 1 dəfə lazım olub. Onda da ki, diplom olmasa da fərq etməzdi. Sadəcə var idi deyə vermişdim =)
Zahira
July 15, 2023
Salam mən komputer üzrə kollec bitirmişəm və proqramlaşdırma dillərini bilirəm lakin valideynlərim inad edirlər ki sən universitet oxumasan sənə iş verən deyillər sizcə olar haqlıdı?
Murad Mustafayev
July 16, 2023
Salam. Çox valideyn belə düşünür ki, yerli universitet olmadan iş tapmaq mümkün deyil. Lakin İT sahəsində bu belə deyil. Amma bunun üçün də gərək yaxşı kadr olasız, öz sahənizi dərin biləsiz.
Yerli universitetlərdə təhsil səviyyəsi yaxşı olmadığından orada normal bilik əldə etmək də mümkün olmur. Universitet daha çox yeni tanışlar tapmağa, sosiallaşmağa kömək edir
Elcin
November 22, 2020
Bu yaşda kursa verməkdənsə sərbəst olaraq onlayn dərslərdən istifadə etməyin daha məsləhətdir. Yutub portalında pulsuz onlayn dərslər var. Əlavə məlumatı da internetdə tapa bilərsən. Çətinlik olduqda müzakirə etmək üçün müxtəlif forumlar var. Məsələn cyberforum.net hər proqramçının öz üsulu var. Sərbəst məsqul olmaqla öz üsulunu tapa və təkmilləşdirmə bilərsən.
Nurlan
November 9, 2020
Salam.Mən 1 həftədir ki 0-dan PHP öyrənirəm Gündə minimum 3-4 saat vaxt ayırıram. Götürmə qabiliyyəttimi güclü saymaq olar. Minimum neçə Aya OOP yazacaq səviyyəyə çata bilərəm?
Murad Mustafayev
November 14, 2020
Salam. Dediyiniz sürətlə və daimi praktika etsəniz 1.5-2 aya OOP-yə başlamaq olar. Əlbəttə ki, necə praktika etdiyinizdən çox şey asıldır. Daha çox custom(özünüzün yaratdığı) funksiyalarla işləsəniz, OOP sizə daha asan gələcək
Nurlan
November 14, 2020
Zəhmət olmasa PHP üzrə öyrənmə mündəricatını(Syllabus) deyə bilərsiz hansı mövzuları oyrenmeliyem işə hazırlıq baxımından
Murad Mustafayev
November 15, 2020
Əvvəlcə fundamental hissələri öyrənmək lazım (dəyişən, dövr, şərtlər, massivlər və s). Sonra alqoritmik praktikanı, MySQL ilə CRUD yazmağı yoxlayın və bəsit vebsayt yaradın. Bunları etsəniz elə PHP-ni ilkin səviyyədə bilmiş olacaqsız. Ondan sonra OOP və framework öyrənmək olar. Framework isə demək olar ki, dokumentasiya oxumaq deməkdir. İngilis dili bilməyiniz lazım olacaq
İbrahim
November 27, 2020
Salam men riyaziyyat fenninnen zəif olmusam məktəbdə ama it sahesine boyuk maragim var bilmey isterdimki proqramlaşdirmada daha cox riyaziyyat lazimdir yoxsa sistem admini ixtisasinda daha onemlidir birde bilmek isterdimki yəni orda mueyyen riyaziyyatin hansisa bir hissesi lazim olacaq ve hemise ondan istifade olunacaq yoxsa umumi şəkildə riyaziyyat həmişə fərqli fərqli formalarda qarşkmiza cixacaq?
Murad Mustafayev
November 27, 2020
Salam. Sistem, şəbəkə administratorluğunda riyazi biliyə ehtiyac yoxdur, proqramlaşdırmada var. Amma proqramlaşdırmanın veb tərəfində (frontend, backend) daha çox riyazi məntiq lazım olur nəinki riyaziyyatın özü. Amma veb proqramlaşdırmada proyektdən asılı olaraq riyazi hissələr qarşınıza çıxa bilər. Həmin riyazi hissələr adətən məktəb səviyyəsində bilik tələb edir.
Oyun proqramlaşdırması, süni intellekt və s kimi sahələrdə isə riyaziyyatı yuxarı səviyyədə bilmək lazımdır və həmişə onlarla bağlı tapşırıqlar olur.
Nihat Kazımzadə
November 13, 2020
Salam.Mənim sualım odur ki, bu işə yeni başlayanda hansı dilləri öyrənim və bir dili yaxşı səviyyədə bilmək üçün mənə nə qədər vaxt lazımdır? Bir də bildiyiniz məsləhətli bir kurs varmı ki Azərbaycanda oxuyum.Axırıncı sualım odur ki, bir şirkətdə minimum 1500 AZN qazanmaq üçün hansı dilləri bilməliyəm? Sualımı cavablandırsanız sevinərəm.
Murad Mustafayev
November 14, 2020
Salam. İstənilən dil ilə proqramlaşdırmaya başlaya bilərsiz. Sadəcə hər dilin özünün istifadə sahəsi var. Əvvəlcə sizə maraqlı olan sahəni müəyyənləşdirin və ona uyğun dili seçin.
Öyrənmə müddəti hər kəs üçün fərqli ola bilər. CodeBit kurslarımızda ortalama olaraq öyrənmə müddəti 3-7 ay olur.
Aylıq 1500 AZN maaş almaq üçün bir neçə müddət və mərhələ keçməniz lazım olacaq. Ən azı middle proqramçı səviyyəsinə çatmaq lazımdır. Məşhur dillərdən istənilən ilə bu maaşı ala bilərsiz. Ətraflı bu məqalədən oxuya bilərsiz
https://codebit.az/bloq/proqramlasdirma-dilleri-ve-maaslar-2018/
İbrahim
November 26, 2022
Salam Men proqramçı olmaq istəyirəm amma bilmirəmki orada hansı fənlərdir deyə bilərsiz zəhmət olmasa
Murad Mustafayev
June 6, 2023
Salam. Proqramçı olmaq üçün xüsusi fənlər yoxdur. Başlanğıc üçün HTML və CSS ilə maraqlana bilərsiz. Biraz bunlarla kod yazandan sonra hansısa proqramlaşdırma dili ilə davam edə bilərsiz. Hazırda ən məşhur və asanlardan JavaScript və ya Python seçim ola bilər
İbrahim
November 27, 2020
Öncəki məlumata görə təşakkur eliyirəm bir sualim daha varbilmey isterdimki bele cetin bir sahede 6 ay kimi bir muddetde bu ixtisasa tam yiyələnmək mumkundurmu?
Murad Mustafayev
November 28, 2020
Xoşdur. Proqramlaşdırmanı öyrənib qurtarmaq mümkün deyil. Hər gün yeni texnologiya, yenilənmə çıxır və onları öyrənmək məcburiyyəti yaranır. Ona görə məşğul olduğunuz müddətcə daimi nəsə öyrənəcəksiz. 6 aya siz proqramlaşdırma və işə başlamaq üçün ilkin bilikləri öyrənir, praktika edirsiz. 6 ay sizin proqramlaşdırmanın nə olduğu, işləmə və alqoritmik məntiqi öyrənmək, müəyyən praktika etmək üçün müddətdir.
Orxan
November 30, 2020
salam mən WEB DEVLOPER olmaq isteyirem neden baslamaliyam?
Murad Mustafayev
December 1, 2020
Salam. Veb proqramlaşdırmanın əsas frontend və backend hissələri var. Bunlardan birini və ya hər ikisini öyrənə bilərsiz.
Frontend veb saytların görünüş, backend isə arxada işləyən məntiq(beyin) hissəsidir. Marağınızdan asılı olaraq araşdırıb, birini öyrənə bilərsiz. Frontend backend-ə nəzərən daha asandır. Biraz özünüz də araşdırma edə bilərsiz. Frontend nədir və necə öyrənmək olar haqqında məlumat almaq üçün bu videoya baxa bilərsiz – https://youtu.be/BSgPBezMA_Y
Nihat Kazımzadə
December 18, 2020
Salam mənim bu sahəyə marağım böyükdür. Mən bilmək istəyirəm ki bu işi xaricdə hansı şərtlərlə kurslarına daxil ola bilərəm bildiyiniz kurs varmı
Murad Mustafayev
December 18, 2020
Salam. Sualınız tam aydın olmadı. Əgər xaricə kurs, universitetləri nəzərdə tutursuzsa, adətən kurslar ödənişli olur. Universitetlər isə ölkədən asılı olaraq ödənişli və ödənişsiz olur. Amma istənilən halda xaricə getmək üçün sizin hesabınızda çoxlu pul olmalıdır. Pulun həcmi isə ölkəyə görə dəyişir. Vizaya müraciət edəndə sizdən bunu tələb edəcəklər
Eldar
January 2, 2021
Salam. Python dilini ortalama olaraq neçə aya öyrənmək olar?
Murad Mustafayev
January 2, 2021
Salam. Proqramlaşdırma dillərini öyrənmək hər fərdə görə dəyişir. Ortalama fundamental hissələri öyrənmək 3-5 ay vaxt alar. Təcrübə, sərbəst yazmaq üçün 1 il ortalama hesablamaq olar
Nadir
January 4, 2021
Salam.Mənim 59yaşım var.texniki universitet bitirmişəm zamanında.Bu yaşda hər hansı bir məs veb proqram və ya mobil tətbiq proqramını sıfırdan öyrənə bilərəmmi? Yoxsa artıq “qatarım gedib”. Ümumiyyətlə sizin praktikanizda bu yaşda hər hansı bir proqram dilini öyrənən olubmu.Xahis edirəm cavablandırın.Öncədən təşəkkürlər.
Murad Mustafayev
January 4, 2021
Salam. Vaxtınız, həvəsiniz və müəyyən qədər texnoloji biliyiniz varsa öyrənə bilərsiz. Adətən yaş artdıqca vaxt məhdudiyyəti olur deyə öyrənmək getdikcə çətinləşir. Amma belə öyrənmək üçün heç bir maneə görmürəm.
Ən böyük tələbəmizin səhv etmirəmsə, 43 yaşı var idi. Onda da vaxt məhdudiyyətləri var idi deyə evdə kod yazmağa vaxt ayıra bilmirdi. Bu maneə yoxdursa, boş vaxtınızı dəyərləndirmək üçün məncə ideal seçimdir =)
Ayan_Zahs
January 13, 2021
Salam. Çox faydalı məqalədir. Mənim 15 yaşım var. Programlaşdırmaya 4 aydır başlamışam. C++ dilində irəliləyirəm. Gündə 4-5 saat məşğul oluram. Sizcə mən daha nə etməliyəm?
Murad Mustafayev
January 14, 2021
Salam. Çox ideal yaşda başlamısız və gündəlik 4-5 saat proqramlaşdırma ilə məşğul olmaq əladır. C++ ağır dildir amma proqramlaşdırmanı, proseslərin necə baş verdiyini anlamaq üçün yaxşı dildir. Amma ölkədə C++ üzrə iş yoxdur deyə bir müddətdən sonra siz high level dillərdən(JavaScript, PHP, Java və s) hansınasa keçməyiniz lazım olacaq.
Hazırda isə C++ ilə alqoritmik biliklərinizi artırın, çoxlu praktika edin. C++ sərbəst nələrsə yaza biləndən sonra high level dillərdən birinə keçin
Nurlan
January 14, 2021
Salam. Mən Kollecdə IT sahəsi üzrə oxuyuram, Şirkətlərin ali təhsil tələb etməsi mənim həvəsimi öldürür. Universitetə qəbul olmaq istəyirəm nə məsləhət görürsünüz?
Murad Mustafayev
January 14, 2021
Salam. Şirkətlərin əksəriyyəti ali təhsil tələbəni görünüş olsun deyə qoyur amma reallıqda bəzən buna baxılmır. Siz həqiqətən də bilikli kadr olsanıb bu tələbə baxmayacaqlar. Ona görə yerli universitetlərə gedib, 4 ilinizi boşuna sərf etmək əvəzinə, biliklərinizi artırsanız sizə daha faydalı olar
Asim
January 28, 2021
Salam. Mənim Komputer Səhəsinə uşaqlıqdan böyük həvəsim var. 9cu sinifəm hələdə bu sahəni verəcəyimi düşünürəm. Mən sizcə hansı proqramdan başlaya bilərəm?
Murad Mustafayev
February 10, 2021
Salam. Yerli universitetlərdən xüsusi nəsə öyrənəcəyinizi düşünməyin. Yalnız online və ya offline kurslarla öyrənə biləcəksiz.
Sahə seçimi hər şəxsə görə dəyişir. Əvvəlcə sahə üzrə araşdırma edin. Proqramlaşdırmanın özü də frontend, backend, mobil və s kimi hissələrə ayrılır. Bunları da gərək araşdırasınız. Hansı sizə daha maraqlı gələcəksə, onu seçəsiniz.
Ən bəsit və fundamental proqramlaşdırma vebdə frontend-dir. İlk öncə frontend ilə başlamaq uyğun olar
Rufat
September 27, 2021
Salam ,sizin tel nomreni nece götüre bilerem?
Murad Mustafayev
September 29, 2021
Salam. Mümkünsə bu səhifəyə keçib, aşağıdakı əlaqə formasını doldurun. biz sizinlə əlaqə saxlayarıq.
Həmçinin səhifədə dərslər, qiymətləri ilə də tanış ola bilərsiz
https://codebit.az/proqramlasdirma-kurslari/
Ülkər
March 3, 2021
Salam, android app development üçün kotlini yoxsa java-nı, yoxsa Flutter məsləhət görərdiz? Flutter, Kotlin və Java-dan iş imkanları baxımından hansı daha məsləhətlidir?
Cavablandırsanız sevinərdim.
Murad Mustafayev
March 4, 2021
Salam. Kotlin hazırda Android ƏS üçün rəsmi proqramlaşdırma dili sayılır. Java isə köhnə rəsmi dil idi. Flutter multi-platform (həm iOS, həm Android) app yazmaq üçün istifadə olunan SDK-dır. Proqramlaşdırma dili olaraq Dart istifadə olunur.
Kotlin və Java ilə native, Flutter ilə isə native-ə yaxın hibrid app-lər hazırlamaq olar. Əlbəttə ki, native yazmaq həmişə üstünlükdür. Amma bəzi startup-lar büdcəyə və vaxta qənaət üçün Flutter, React Native kimi texnologiyalardan istifadə edir.
İş imkanları baxımından Flutter daha çox startup, az büdcəli şirkətlərdə lazım olur. Native isə böyük şirkətlər, banklarda. Əslində ikisi üçün də iş imkanları azdır ölkədə. Amma Kotlin ilə başlamaq daha yaxşı seçim olardı deyə düşünürəm
Mehdi
January 3, 2023
Salam Hervaxtiniz xeyir men programmist olmağa cox hevesli biriyem 16 yaşım var am ailemi inandira bilmirem universitet oxumaq istemirem onnansa ozum kurslarda + internetden programmistliyi oyrenmek ve işlemek isteyirek ne meslehet gorursuz diplomsuz meni işe qebul eleyerler programmistliyi tam öyrenenden sonra?
Murad Mustafayev
June 6, 2023
Salam. Sizi çox yaxşı başa düşürəm. Çox təəssüf ki, ailəni inandırmaq bir xeyli çətin məsələdir)) Amma onu da nəzərə alın ki, universitet oxumasanız hərbi xidmətə çağrılacaqsız.
O ki qaldı diplomsuz iş tapmağa. Bəli, hazırda şirkətlər bilikli kadrlar tapmaqda çox çətinlik çəkirlər. Ona görə artıq yaxşı kadr tapanda digər şeylərə (yaş, diplom, hərbi xidmət və s) fikir vermirlər. Bəzi yerlərdə diploma ehyitac olur amma onlar da azalır
Mehdi
June 6, 2023
Salam cox sagolun cavabiniza göre bu yorumu cox onceden yazmisdim indi Frontend uzre sertifikat aldim uniye hazirlasiram uni oxuyarken full stack developer sonrada kiber tehlukesizlik uzre kursa gedecem
Murad Mustafayev
June 7, 2023
əla. boş dayanmayıb, artıq frontend üzrə tədris də almısınızsa yaxşıdır. düzü, sertifikatın elə də önəmi yoxdur. əsas bilik və bacarıqlarınızdır. inanıram ki, onları da işləmək üçün yararlı olacaq səviyyədə inkişaf etdirəcəksiz. uğurlar sizə!
Mehdi
June 7, 2023
Cox sagolun sadece bir soz sorusacam freelance işləmək istəyirəm bu ölke ucun odenis ala bileceyim freelance saytlari sadalaya bilersiz?
Murad Mustafayev
June 7, 2023
Yerli kartlara pul göndərən xarici freelance şirkət bilmirəm. Göndərmək olsa belə bank pulu çıxarmaq üçün VÖEN (vergi) hesabı istəyə bilər. Məşhur freelance saytlardan Upwork üçün Payoneer adətən istifadə olunur. Amma səhv etmirəmsə digər kartlarla da (Wise, Revolut və s) ilə də işləyir. Hazırda Payoneer kartı almaq biraz çətinləşib. Məsləhət görərdim ki, başlanğıc üçün ölkədaxili freelance sifarişlər götürməyə fokus olasınız. Biraz təcrübə artdıqca xarici freelance saytlarında özünüzü yoxlayasınız. Çünki, xarici saytlarda rəqabət çox böyükdür. işi yaxşı təhvil verə bilməsəniz 1 ulduz ilə reytinqi də aşağı salırlar. aşağı reytinq ilə də iş götürə bilmək çətinləşir və s.
Mehdi
June 7, 2023
Ölke daxili freelance işleri hardan tapa bilerem?
Murad Mustafayev
June 7, 2023
Ölkədaxili yalnız tanışlardan, facebook qruplardan və s. yerli freelancer saytları da var. amma adlarını bilmirəm. onlarda iş olsa oralarda müraciət edə bilərsiz. amma ən real iş tapmaq variantı tanışlar və facebook qruplar
Mehdi
June 7, 2023
Anladim Cox sagolun
Nurlan
March 4, 2021
Salam. Bildiyimə görə Proqramlaşdırma şirkətlərin əksəriyyəti Proqramçı işə götürərkən diploma baxmır. Bilmək istəyirəm ki, bu hal IT-nin Help Desk, Sistem və Şəbəkə inzibatçılığınada şamil olunur?
Murad Mustafayev
March 5, 2021
salam. Help desk, sistem və şəbəkə inzibatçılığı kimi sahələr adətən dövlət və bank sektorunda olur. Bu sektorlarda bəzi hallarda diploma ehtiyac olur. Amma diplomsuz da işə düzəlmək mümkün olur vəziyyətdən asılı olaraq. Özəl sektorda isə diploma əksər hallarda fikir verilmir
Rana
March 17, 2021
Salam. Men Universitetdə proqramlarşdırma üçün təhsil almaq istəyirəm. Öncədən hər hansısa kursa getməyimə ehtiyac var? Öncədən biliklərim olmasa çətin olar?
Murad Mustafayev
March 17, 2021
Salam. Nəzərə alsaq ki, yerli universitetlərdə sizə proqramlaşdırma öyrətməyəcəklər(adı olsa da), ona görə kursa getməyə ehtiyac yaranacaq. İndiki dövrdə universitetə sərf olunan 4 il, enerji və pulun əvəzinə kursa gedib, daha az vaxt ərzində işləmək üçün yararlı biliklər əldə etmək olar.
Hema
March 25, 2021
Salam. İlk öncə, məqaləniz çox faydalıdır. Təşəkkür edirəm. Mən 9cu sinif şagirdiyəm. 2 il bundan əvvəldən qarşımda back end web developer olmaq kimi bir məqsəd car. C++ və Python dillərini ilkin səviyyədə bilirəm. İngilis dilim yaxında b2 olacaq səviyyədədir və riyazi biliklərim yaxşıdır. Kompyuter biliklərim əsasən software üzrədir. Ölkəmizdə 1 il ali təhsil alıb bu ixtisas üzrə xaricdə oxumaq istəyirəm. Həqiqətən bu ixtisasa qarşı böyük bir marağım var. Lakin 9xu sinifdə oxuyuram və qarşımda buraxılış imtahanları var. Bu barədə özümü inkişaf etdirmək üçün kifayət qədər zamanım yoxdur. Universitetlərdə verilən təhsil kifayətdir mi? Yoxsa indidən hansısa bir dilk tamamən öyrənməliyəmmi? Və ya mənə bu məqsədimdə nələr kömək edə bilər? Məsləhət almaq istəyirdim, cavablandırsanız minnətdar olaram.
Hema
March 25, 2021
Və bu sahə üzrə araşdırma edəbiləcəyim bir mənbə var? Baxdığım internet mənbələrində yetərli məlumat tapa bilmədim
Murad Mustafayev
April 6, 2021
Salam. İndidən başlamanız sevindirici haldır. Çünki, artıq proqramlaşdırma o qədər sürətlə inkişaf edir ki, normal öyrənmək üçün gərək aşağı yaşlardan başlayasan. Çünki, yaş artdıqca vaxt məhdudiyyəti daha çox özünü biruzə verir.
Yerli universitetlər sizə demək olar heç bir bilik verməyəcək. Xarici universitetlər isə hər dildən müəyyən anlayış verəcəklər, ixtisaslaşma tam olmayacaq. Universitet üçün ya xaric ya da burda oxumamaq daha məsləhətdir. Burda sərf etdiyiniz 4 illik vaxta və pula kurslara falan gedib daha çox şey öyrənmək olar
İstənilən halda universitetə kimi proqramlaşdırma biliklərinin olması çox böyük üstünlükdür. İmkan daxilində məktəbi bitirənə kimi biliklərinizi artırın.
Mənbələr çoxdur. Google-da düzgün axtarış etsəniz çoxlu mənbə gələcək. HackerRank, Codewars, SitePoint və s. İngiliscə axtarsanız hər şey tapacaqsınız
uğurlar!
sevinj
April 8, 2021
SALAM HANSI KURS MƏSLƏHƏTLİDİR 0DAN BAŞLAYANLAR ÜÇÜN VE NECE AYA TAM BILMEK OLAR. KIM BILIRSE ZEHMET OLMASA
Murad Mustafayev
April 11, 2021
Salam. Kiməsə uyğun olan kurs, sizə uyğun olmaya bilər. Buna görə də məsləhətli kursu tapmaq üçün özünüz yoxlayaraq və ya araşdıraraq təyin edə bilərsiz. Biz də veb proqramlaşdırma üzrə dərslər tədris edirik. Buradan keçid edərək maraqlana bilərsiz – https://codebit.az/proqramlasdirma-kurslari/
Proqramlaşdırma öyrənmə müddəti hamı üçün fərqli olur. Ümumi məntiqi öyrənmək 3-4 aydan 1 ilə kimi uzana bilər. Dərindən öyrənmək isə illərlə müddət tələb edir
Yunis
July 5, 2022
Salam.Gələcəkdə web developer olmaq fikrim var.
Bilmək istəyirəm python,django oyrənsəm kifayət edər mənə.Xahis edirəm sualimi cavablandirardiniz
Murad Mustafayev
September 14, 2022
Salam. Python və Django başlanğıc üçün kifayət edəcək. Amma sonradan əlavə biliklər də lazım olacaq. Proqramlaşdırmada hər zaman inkişaf olduğundan, siz də daimi olaraq nəsə öyrənməlisiz. Ona görə proqramçı karyerasını bitirənə kimi davamlı olaraq yeni texnologiyaları öyrənməlidir. Yoxsa rəqabətdə uduzub, az maaşla kifayətlənməlidir
Abbas
May 25, 2021
Salam Azərbaycanda universitet yox, yeni kursla programlawdirmani orenmek üçün hansi yeri meslehet gorerdiz?
Murad Mustafayev
May 30, 2021
Salam. Ölkədə universitetdə oxumaqdansa, kursda və ya özünüz proqramlaşdırma ilə məşğul olmanız daha faydalıdır. Həm maddi olaraq, həm də vaxtınıza qənaət etmiş olarsınız. 1 il normal məşğul olsanız artıq iş tapıb, işləyə bilərsiniz. Universitetdə olarkən isə dərslərə görə normal öyrənmək olmur + universitet də heç nə öyrətmir.
Kurs seçiminə gəldikdə hər kəsin öz seçimi olması daha yaxşıdır. Araşdırıb, seçim edə bilərsiz. Məsələn, bizim də kursumuz var və veb proqramlaşdırma tədris edirik. Saytın kurs səhifəsinə keçib dərslər haqqında məlumat ala bilərsiz
Salamova
July 10, 2021
Salam. Mən 8 ci sinif şagirdiyəm. Bilirəm ki, yerli universitetlərdə İnformasiya texnologiyaları ixtisasınıda yaxşı təhsil vermirlər. Buna görədə mən amerikanın MASSAÇHUSETS universitetində bu ixtisasa sahiblənmək istəyirəm. Sizə bir sualım var bu haqda. Məktəbi bitirdikdən sonra İT ixtisasını seçərkən İT sahələrindəndə birini seçməliyəm yoxsa İT üzrə universiteti bitirib bir İT sahələrindən birinə başlamalıyam?
Və bəs sizcə ən gəlirli,prestijli və Apple,Google,Facebook və.s kimi böyük şirkətlərində ən çox tələb olunan,İT peşəsi hansıdır?
Öncədən cavab üçün təşəkkürlər 🥰🥰🥰
Murad Mustafayev
July 10, 2021
Salam. Elədir, yerli universitetlərdə İT və ümumilikdə təhsil ürəkaçan səviyyədə deyil.
ABŞ-da və ya digər ölkələrdə təhsil almaq istəyirsizsə, indidən müəyyən qədər proqramlaşdırma və ya İT sahəsində öyrənin və biraz təcrübə qazanın. Həmçinin həmin universitetlərə indidən hazırlaşın (ingilis dili, İELTS, TOEFL və s)
Ən ideal vəziyyət məktəbi bitirənə kimi İT üzrə praktiki bilikləri qazanmaqdır. Yerli universitetlər ixtisasın fərqi yoxdur. Onsuz da kifayət qədər bilik almayacaqsız. Xaricdə isə ixtisası sizə uyğun seçməniz məsləhətdir.
İşləmək üçün ixtisas fərqi yoxdur. Praktiki bilikləriniz varsa, tələbə vaxtı İT və ya qeyri-İT ixtisasınız olsa belə işləyə bilərsiz. Əsas İT üzrə bilik və bacarıqlarınızdır.
O ki, qaldı Google, Facebook kimi şirkətlərdə tələb olunan peşələrə, bunlar müxtəlifdir. Proqramçı, administrator(şəbəkə, server, sistem və s.), help desk, cloud texnologiyaları və s. İT üzrə çoxlu sayda ölkəmizdə adını eşitmədiyimiz amma xaricdə tələbatlı olan peşələr var.
Salamova
July 12, 2021
İndidən bu ixtisas üzrə kitablardan,saytlardan və müxtəlif mənbələrdən yetərincə biliklər toplayıram. Ancaq İT peşəsinin bir çox sahələri var. Bunlardan hansının daha prestijli, daha təlabat olan sahəsini dəqiq bilmirəm. Siz gələcəyin ən çox təlabat olan sahəsini bilirsizsə mənə məsləhət verməyinizi istərdim.😶😶😶
Murad Mustafayev
July 12, 2021
IT-nin Proqramçı, administrator(şəbəkə, server, sistem və s.), help desk, cloud texnologiyaları və s. kimi yüzlərlə qolu var. Təlabat yenə də hamısına var. Amma başlanğıc kimi proqramlaşdırma daha məsləhət olardı. Proqramlaşdırmanın da frontend, backend, mobil və s kimi alt qolları var. İlkin olaraq frontend başlanğıc üçün daha yaxşıdır
aslan
February 13, 2022
salam.java ve JavaScripte bir birnən fərqı nədi .və hansı proqramlaşdırma dili oyrənsəm mənüm ücün yaxşdı
Murad Mustafayev
September 14, 2022
Salam. Tamamilə ayrı dillərdir. Java müqayisədə daha çətin dildir və adətən enterprise dediyimiz böyük proyektlərdə istifadə olunur. JavaScript isə daha rahatdır və demək olar ki, bütün gördüyünüz saytlarda istifadə olunur.
Yaxşı olar ki, hər dili araşdırıb, sizə uyğun və maraqlı olan ilə başlayasınız
Salamova
July 12, 2021
Birdə bilmək istərdimki, məktəbə informatika tədris olunur. Əgər bu fənni mükəmməl oxusam İT üzrə yetərincə bilik toplaya bilərəm?
Guest
August 1, 2021
Salam. Qeyd etmisiz ki administrator(şəbəkə,sistem,server və s.) Kimi sahələrə təlabat var. Daha sonrasında isə başlanğıc üçün proqramlaşdırmadan başlamağı məsləhət görmüsüz. Mən sysadminlik üzrə yönəlmək istəyirəmsə onda yene proqramlaşdırmadan başlamalıyam başlanğıc üçün?
Murad Mustafayev
August 29, 2021
Salam. Şəbəkə, sistem administratorluğu kimi işlərdə adətən proqramlaşdırma biliyinə ehtiyac olmur. Amma o işlərdə də hansısa bir mərhələyə çatanda proqramlaşdırma bilikləri müəyyən qədər ehtiyac ola bilər.
Birbaşa sistem administrasiyası ilə başlamaq istəyirsizsə, proqramlaşdırma öyrənməyə ehtiyac yoxdur
Emil
September 3, 2021
Salam.men proqramist olmaq istirem.ama ingilis dili bilmirem.rus dilide.bide riyaziyyat bidene toplama cixma savadim var.yenede ola bileremi?
Murad Mustafayev
September 3, 2021
Salam. İngilis dili vacib olmasa da, üstünlükdür. Yəni, dil bilməsəniz də öyrənmək olur. Sadəcə bir yerdən sonra daha yaxşı inkişaf etmək üçün dil biliyi vacib olacaq.
Riyazi biliklər ilkin mərhələdə çox da vacib deyil. Məntiqiniz əgər yaxşıdırsa, proqramlaşdırma öyrənmək rahat olacaq
Mamedoow
September 21, 2021
salam men 0dan baslamaq isteyirem , amma bilmirem ardan ve nece baslayim , proqrami bilmirem , proramlasdirmani bilmirem , zexmet olmasa cavblayarsiz
Murad Mustafayev
September 29, 2021
Salam. Frontend ilə veb proqramlaşdırmaya başlaya bilərsiz. başlanğıc üçün buradan videoya baxa bilərsiz
https://www.youtube.com/watch?v=BSgPBezMA_Y
Ilqar
December 22, 2021
Salam. 31 yasim var ve bu sahe uzre hecbir melumatim yoxdu. Oyrenmek ve bu sahede karyera qurmag ucun gecdir? Ve men hardan nece baslayacagimi bilmirem meslehet verseniz sevinerem.
Murad Mustafayev
September 14, 2022
Salam. Öyrənib, əlavə gəlir qazanmaq üçün yaxşıdır amma karyera üçün biraz çətindir. Gec deyil əlbəttə, amma biraz daha çətin olur sıfırdan yeni sahədə karyera qurmaq. Belə bir hal üçün gərək digərlərindən xeyli bacarıqlı və bilikli olasız
Başlanğıc üçün frontend proqramlaşdırmadan başlaya bilərsiz
Keklik
February 25, 2022
Sizce 10-15 il sonra proqramlasdirma oyreden kurslar aktualligini itirecek?
Murad Mustafayev
September 14, 2022
Proqramlaşdırma bəlkə də indi ən pik səviyyələrdədir. Bu pik məncə təxmini 10-15 il davam edər. Bundan sonra bəlkə yeni nələrsə çıxar ya dəyişər bilmirəm amma tədris olaraq hələ uzun illər davam edəcəyinə inanıram. Proqramlaşdırma olmayıb, no-code və s ola bilər. Amma proqramlaşdırma və ona yaxın sahələrin, texnologiyaların tədrisi hələ uzun illər davam edəcəyinə inanıram
Ali
March 8, 2022
Salam çox faydali meslehetler verirsiz çox saqolun menede komeklik gosterseniz sevinerem.IT sahesine yeni başlayan biri üçun ilk hansi proqramlaşdirma dilini meslehet gorursuz ama sifirdan her hansisa bir dil haqqinda melumatim veya bacariqim yoxdu sadece olaraq neyi nece hardan başlamaliyam onu bilmek isdeyirem
Murad Mustafayev
September 14, 2022
Salam. Ölkə daxilində yeni başlamaq üçün ən asan dillər JavaScript və PHP-dir. Həm dil olaraq asandırlar, həm də iş imkanları çoxdur. Bunların yanına Python da əlavə etmək olar amma ölkə daxilində iş tapmaq çətindir.
Əvvəlcə bu dilləri araşdırıb, sizə daha maraqlı olanı seçməyi məsləhət görərdim. Ondan sonra Google-da Javascript və ya PHP roadmap yazıb, nələrin olduğuna baxa bilərsiz
Yaqut
May 5, 2022
Mənim 33 yaşım var. Bu sahəyə böyük maragım yaranıb riyazi biliklərim məntiqi və dil biliklərim var. İnanıram ki gecikməmişəm öyrənməyə. Bu arada məqaləniz çox geniş izah edib hər şeyi çox məlumatlandım sual cavabkar da faydalı oldu. Təşəkkürlər
Murad Mustafayev
September 14, 2022
Faydalı olduğuna sevindim. Öyrənmək heç vaxt gec deyil. Əsas odur ki, iradəli və səbrli şəkildə, çətinliklərə baxmayaraq məqsədinizə doğru irəliləyəsiz. Uğurlar sizə!
Elgun
May 12, 2022
Salam nən mysqli və pdo uzərində saytlar və oyunlar yiğmağ istəyirəm Az ckx biliyim var ancaq derinliynə gedə bilmirəm mənə kömək edə bilərsiz? video vs sayr kmi
Murad Mustafayev
September 14, 2022
Salam. PDO və MySQLi üzrə Youtube, Udemy-də çoxlu fərqli kurslar var. Onlara baxıb, praktika edərək öyrənə bilərsiz. Amma yaxşı olar ki, ingiliscə videolara baxasız nəinki türkcə
İlham
May 22, 2022
Salam.Komputer elmləri və komputer məhəndisliyin nə fərqi var ?
Murad Mustafayev
September 14, 2022
Salam. Azərbaycanda oxuyursuzsa, heç bir fərqi yoxdur =)
Computer science focuses primarily on computer theory and software, while computer engineering focuses on computer design and hardware
Yeni
September 28, 2022
C# dan basliyiram haqqinda arasdirmisam lakin sizden de melumat toplamaq yaxsi olardi
Murad Mustafayev
September 28, 2022
C# təlabatlı dillərdəndir və sürətli inkişaf edir. Bu dil üzrə təlabat dərəcəsini aşağıdakı linkdən oxuya bilərsiz. Məqalə köhnə olsa da, rəqəmlər demək olar ki, bugün də eynidir. Sadəcə biraz maaşlar qalxıb
https://codebit.az/bloq/proqramlasdirma-dilleri-ve-maaslar-2018/
Yeni
September 28, 2022
birde mene bir kitab lazimdi yazilima aid ama Az dilinde tapa bilmirem
Murad Mustafayev
September 28, 2022
Salam. Azərbaycanca proqramlaşdırma kitabı bilmirəm və məsləhətdir ki, yeni başlayırsızsa video dərsliklərlə öyrənin. Biraz təcrübə yığandan sonra kitab oxuyaraq biliklərinizi dərinləşdirin. Həmçinin, ingilis dilini öyrənməyə, ən azı texniki ingilis dili səviyyəsində bilməyə çalışın. Dil bilmədən çətindir
Mehemmed Babayev
October 11, 2022
Salam .Men 3kurs telebesiyem sahem maliyye ve muhasibatliqdi .Mənim data science ve biznes analtikaya maragim var .Python proqramlasdirma dilindən her 2 sahədədə istifadə olunur.Mən python oyrenib sonra secim elesem yoxsa sahəni secib onun daxilində pythonu oyrenmeyim daha meqsede uygundur?
Murad Mustafayev
November 11, 2022
Salam. Bu sahələrdə Python müxtəlif ağırlıqda istifadə olunur. Sahəyə başlayaraq, məhz sahə üçün lazım olan bilikləri öyrənmək məncə daha uyğundur. Bu şəkildə dilin sahəyə aid olmayan hissələrinə vaxtınızı hədər sərf etməmiş olacaqsız
Ali
November 15, 2022
Salam. Mən proqramlaşdırma öyrənmək istəyirəm. İxtisasım riyaziyyat müəllimliyidir. Sualım budur ki, əgər mən self-study və ya kurslarla proqramlaşdırma öyrənsəm, riyaziyyat müəllimliyi diplomu ilə iş tapa bilərəm? Yoxsa gərək diplomum İT, kompüter üzrə olsun? Yəni diplomumun İT olmaması mənim üçün problem yaradar iş tapmaq cəhətdən? Mən transfer edərək İT, kompüter elmləri ixtisaslarına keçə bilərəm. Sadəcə indi pulsuzda oxuyuram, əgər İT-yə transfer etsəm gərək ödənişli oxuyum. Sizcə universitetə ödəniş etməyə dəyər informasiya təhlükəsizliyi və ya kompüter elmləri ixtisaslarını oxumaq üçün? Yoxsa universitetə ödəniş etməkdənsə elə bu ixtisasda qalıb self-study və ya kurslarla proqramlaşdırma öyrənməyim daha yaxşı olar? Yəni riyaziyyat müəllimliyi diplomu ilə iş tapa bilərəm proqramlaşdırma üzrə?
Murad Mustafayev
April 29, 2023
Salam. İxtisası dəyişməyinizə ehtiyac yoxdur. Proqramlaşdırma üzrə ixtisasın önəmi yoxdur. Əsas sizin biliklərinizdir.
Məncə ölkədə proqramçı olacaqsızsa, ümumiyyətlə universitet oxumağınızın önəmi yoxdur və heç məsləhət də görmürəm
Mədinə
December 6, 2022
🙂 Salam . Mən proqramçı olmaq istəyirəm . Mənim 14 yaşım var. Çoox həvəsim var , amma nədən , hardan başlayım , bilmirəm. Hansı dərslər proqramçıya aiddir , Python yükləyə bilmirəm . Xahiş edirəm mənə məsləhət verin. Əvvəlcədən təşəkkürlər 🙂
Murad Mustafayev
June 6, 2023
Salam. Məncə əvvəlcə HTML və CSS ilə bağlayın. Sonra Python və ya JavaScript-dən biri ilə davam edin. Python-dan fərqli olaraq JavaScript üçün heç nə yükləmək lazım deyil. Chrome-un developer tools-unu açıb, kod yazmağa başlaya bilərsiz😉
Ümumi fikir yaranması üçün bu videoya da baxa bilərsiz
https://www.youtube.com/watch?v=BSgPBezMA_Y
Oqtay
January 30, 2023
20 də JavaScriptin asan olduğunu demisiz. Mən HTML və CSS ilə öyrənməyə başladım. Bunları yaxşı yaxşı biləndən sonra pythona keçmək istəyirəm. Və mənim fikrimcə JavaScript python və html dan daha çətindir.
Murad Mustafayev
June 6, 2023
HTML və CSS proqramlaşdırma dilləri olmadığından JS və Python-dan qat-qat daha asandır.
JS və Python çətinlik baxımından eynidir deyərdim. JS-in üstünlüyü mənim üçün odur ki, onu biləndən sonra PHP, Java, C# kimi dillərdə yazılan kodları oxumaq asan olur. Çünki, bir-birlərinə çox bənzəyirlər. Python-un sintaksisi (yazılışı) tamamilə fərqlidir, digərlərinə oxşamır
Ayten
September 4, 2023
Salam, öncəliklə qeyd edim ki, sual verən hərkəsə geniş açıqlayıcı cavablar verməyiniz çox mükəmməldi. Yazınızı çox bəyəndim. Bu sahəyə marağı olan, ancaq ali təhsili humanitar yönümlü olan biri olaraq bu sahəyə hardan və necə başlayacağım haqda heç nə bilmirəm təəssüf ki. Konsultasiya ya da təlim üçün sizinlə necə əlaqə saxlaya bilərəm? Və yaxud da əlaqə saxlaya bilərəm mi?
Murad Mustafayev
September 5, 2023
Salam. Cavablamalarımı bəyəndiyinizə sevindim🙂
Seçdiyiniz proqramlaşdırma sahəsindən asılı olaraq başlama forması da dəyişir. Amma vebə başlayacaqsınızsa, ilk öncə HTML/CSS-ə baxıb və müəyyən praktika edəbilərsiz. Bu sizə işin özü, edəcəyiniz işlər və s. ilə bağlı ümumi fikir yaratmağa kömək edəcək.
Əlaqə üçün Facebook (https://fb.com/murad.s.mustafayev) və ya Linkedin-dən (https://www.linkedin.com/in/muradmustafayev/) yaza bilərsiz.
Adyok
November 23, 2023
Salam Men Milli Aviasiya Akedemiyasini oxuyub it sirketlerinde is tapa bilerem? xahiş edirem cavab veresiniz
Murad Mustafayev
November 25, 2023
Salam. Bəli, tapa bilərsiz. İT sahələrində işəqəbul zamanı daha çox biliyə önəm verirlər. Ona görə bitirdiyiniz universitetin adətən fərqi olmur. Əsas odur ki, öyrəndiyiniz İT sahəsi üzrə mükəmməl biliyə sahib olasız
Emin
April 23, 2024
Salam. Faydalı yazıdır və həmçinin bütün sualları da cavabladığınız üçün də çox sağ olun. 34 yaşım var və proqramlaşdırmanı öyrənməyə başlayıram. Amma internetdəki pulsuz mənbələr ilə başlamaq fikrindəyəm. Sizə təşəkkürlər və bu yolda yeni başlayanlara uğular!
Murad Mustafayev
May 15, 2024
Salam. Faydalı olduğunu eşitmək xoşdur.
Bəli, indi Youtube-dan və ya digər mənbələrdən pulsuz kurslar, dərslər tapmaq mümkündür. Pulsuz amma kifayət qədər də keyfiyyətli dərsliklər var. Yaşa çox da fikir verməyin. Boş vaxtınız varsa, sosial şəbəkələrdə sərf edəcəyiniz vaxta yeni şeylər öyrənmək həmişə xeyirlidir.
Sizə və yeni başlayanlara uğurlar!