Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri və İT maaşlar – 2018
Adətən, proqramlaşdırmaya yeni başlayanlar başlamazdan əvvəl hansı proqramlaşdırma dilini (dillərini) öyrənməyin perspektivli olması ilə bağlı suallar verirlər. Bu suallar isə daimi olaraq kəskin müzakirələrə səbəb olur. Təəssüf ki, bununla bağlı dəqiq statistika təqdim edəcək bir mənbə yoxdur.
Facebook-da Şamxal Məhərrəmovun paylaşımını gördüm. Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dilləri, proqramçı vakansiyaları üzrə maaşlar kimi statistik məlumatlar qeyd olunmuşdu. Əlbəttə ki, belə gözəl bir işə biganə qala bilməzdim. Özünün də icazəsi ilə, sizə 2018-ci il üçün Azərbaycan şirkətlərində İT vakansiyalarda tələb olunan proqramlaşdırma dilləri üzrə statistikanı paylaşıram.
Məqalədə 2018-ci ilin statistikası olsa, hazırki dövrdə də öz aktuallığını saxlayır.
Məqaləyə keçməzdən əvvəl statistikanın, məlumatların necə toplandığını Şamxal bəyin özündən eşidək:
* Göstəricilər iş elanları saytlarından Python vasitəsilə toplanıb. Bəziləri isə manual olaraq FB-dən götürülüb. Ümumi olaraq 289 vakansiya elan edilib. Bunlardan isə sadəcə 121-i maaş göstərib.
* Bəzi rəqəmlər real faktları əks etdirməyə bilər. Məsələn, Əhməd, vakansiyada maaş göstərməyən və ya az maaş göstərən hansısa şirkətə işə düzəlib və > 4000 azn maaş ala bilər və s.
Məlumatlar proqramlaşdırmada “scraping” dediyimiz üsul ilə toplanıb. Scraping və onun necə işlədilməsi qaydası ilə Node.js məqaləmizdən öyrənə bilərsiz.
2018-ci ildə Azərbaycanda ən məşhur proqramlaşdırma dilləri
- JavaScript – 31.9% – 144 vakansiya
- Java – 29.5% – 133 vakansiya
- C# – 16.2% – 73 vakansiya
- PHP – 14.9% – 67 vakansiya
- Python – 4.4% – 20 vakansiya
- C++ – 2.9% – 13 vakansiya
- Ruby – 0.2% – 1 vakansiya
Proqramlaşdırma dilləri üzrə nəticələrin izahı
Hazırki dövr internet əsri olduğundan əlbəttə ki, veb proqramlaşdırma daha çox önə çıxır. Vebdə də demək olar ki, hər istiqamətdə istifadə olunan dil sözsüz ki, JavaScript-dir. Buna görə də JavaScript-in top 1-də olması gözlənilən idi.
JavaScript hazırda sürətlə inkişaf edən proqramlaşdırma dillərindən biridir. Google, Microsoft, Facebook, Netflix, Mozilla və s. kimi nəhəng texnologiya şirkətləri tərəfindən dəstəklənir və inkişaf etdirilir. Həmçinin, öyrənilməsi rahat olduğundan yeni başlayanlara da tövsiyyə olunur.
Dünyada JavaScript-in backend-də istifadəsi geniş yayılsa da, ölkəmizdə hələ ki, frontend proqramlaşdırma üçün istifadə olunur. Yerli şirkətlərin iş elanlarında Node.js ilə bağlı vakansiya görməmişəm.
Java və C# uyğun olaraq 2 və 3-cü yerləri bölüşürlər. Əsasən dövlət və bank sektorları üçün istifadə olunan dillərdir. Həmçinin özəl sektorda enterprise işlərin görülməsi üçün bu dillərdən geniş istifadə olunur. Adətən, yerli bankların vakansiyalarını tez-tez görürəm. Görünən odur ki, bu sahələr üzrə ölkədə İT-yə daha çox diqqət yetirməyə başlayırlar.
Köhnə dostumuz və ən çox tənqid edilən proqramlaşdırma dillərindən PHP sırada 4-cü yerdədir. Bütün tənqidlərə və 4-cü olmasına baxmayaraq, PHP yerli şirkətlərdə webdə backend üçün istifadə olunan ən məşhur dildir.
Java, C#, Python-la da web proqramlaşdırmada backend yazmaq olur. Sadəcə bunun üçün əlavə texnologiyalar, framework-lər öyrənməyə ehtiyac yaranır. PHP ilə buna ehtiyac qalmır, dilin özü istənilən çətinlikli proyektlər yazmağa imkan yaradır. Amma əlbəttə ki, daha sürətli və keyfiyyətli işlər üçün PHP framework öyrənmək vacibdir.
Siyahının sonlarını isə Python, C++ və Ruby tamamlayır. Python dünyada məşhurlaşan proqramlaşdırma dili olsa da, hələ ki ölkəmizdə yerli şirkətlər tərəfindən çox az istifadə olunur.
C++ aşağı səviyyəli proqramlaşdırma dili (maşın koduna yaxın dil) olduğundan öyrənilməsi çətindir. Həmçinin, yerli şirkətlərin ƏS, hardware (aparat təminatı), oyun sahəsində proyektləri olmadığından bu dilə təlabat çox aşağıdır.
Ruby həmçinin dünyada məşhur dillərdəndir, lakin Azərbaycanda yalnız yerli şirkət olan Buglance-da vakansiya görmüşəm.
2018-ci il ölkədə ən populyar framework-lər
Proqramlaşdırma dilləri haqqında danışmışkən, framework-lərə nəzər salmağımız yaxşı olardı. 2018-ci ilin framework statistikası aşağıdakı kimidir:
- ASP.NET – 32.2% (C#)
- Spring – 28.8% (Java)
- Laravel – 14.4% (PHP)
- Yii – 10.3% (PHP)
- CodeIgniter – 6.2% (PHP)
- Symfony – 4.8% (PHP)
- Ruby on Rails – 2.1% (Ruby)
- Django – 1.4% (Python)
Elan saytlarında necə olduğunu bilmirəm, amma Facebook-da elanlarda daha çox Codeİgniter, Symfony, Yii olaraq vakansiyalar qarşıma çıxıb.
Bu 4 PHP framework-ün ümumi faiz cəmi isə %35.7-dir.
Yuxarıdakı siyahıda JavaScript framework-lər qeyd olunmasa da, ayrıca diaqramda statistika belədir:
- Angular – 67.5% (framework)
- React – 22.5% (kitabxana)
- Vue – 7.5% (framework)
- React Native – 2.5% (kitabxana)
Çox güman siyahıda bilərəkdən jQuery əlavə olunmayıb. Çünki, 85-95% veb proqramçı vakansiyalarında jQuery məcburi tələb kimi qeyd olunur. Yəni, qeyd olunsa idi, jQuery 1-ci yerdə olardı.
Digər framework və kitabxanalar adətən vakansiyalarda “arzuolunan” kimi işarə olunur. Buna baxmayaraq, JavaScript və jQuery ilə praktiki biliklər olandan sonra Angular, React və Vue-dan birini öyrənmək məsləhətdir.
React Native mobil proqramlaşdırmaya aid olsa da, JavaScript kitabxana olduğundan siyahıda öz yerini tutub.
Proqramlaşdırma dillərinə görə orta maaş statistikası (2018)
- C++ – 1280 AZN
- Java – 1210 AZN
- JavaScript – 1133 AZN
- C# – 1080 AZN
- iOS Developer – 1015 AZN (Objective-C, Swift)
- Android Developer – 1000 AZN (Kotlin, Java)
- PHP – 880 AZN
Yuxarıda qeyd etdiyim kimi C++ proqramçılar ölkədə azlıq təşkil etdiyindən maaşın yuxarı olması normaldır.
Java və C# üzrə şirkətlər (banklar) adətən təcrübəli proqramçılar axtarırlar, buna görə də maaş ortalaması yuxarı olur. JavaScript ilə də eyni məntiq doğrudur. Təcrübəli proqramçıları (framework, kitabxana bilən) iş qəbul üçün maaşın yüksək olması zərurəti yaranır.
iOS və Android proqramçı vakansiyaları nadirən olur və bu sahələr üzrə proqramçılar da azlıq təşkil edir.
PHP-ni kiçik və orta bizneslər də istifadə etdiyindən ortalama maaş aşağıdır. Lakin vakansiyalar çoxdur və yeni başlayanlar üçün işə qəbul olmaq fürsəti yuxarıdır.
Yerli şirkətlər üzrə ortalama İT maaşlar (2018-ci il)
- Neuron Technologies – 1800 AZN
- Buglance – 1700 AZN
- Prosys MMC – 1400 AZN
- Web Coder Agency – 1200 AZN
- Sinam – 1000 AZN
- Pronet – 600 AZN
Şirkətlərin tələb etdiyi biliklərə əsasən, təklif etdiyi maaş aralığı həmişə müzakirə mövzusu olur. Bəzən şirkətlər vakansiyada İT-də mümkün olan hər şeyi qeyd edib, sonda da gülünc maaş təklif edirlər.
Amma bir məqamı da unutmamaq lazımdır ki, İT bazarda da tələb-təklif məsələsi aktualdır. Təcrübəli və dəyərli işçilər hər sahədə olduğu kimi proqramlaşdırmada da yuxarı maaşlara iddia edirlər. Yeni başlayanlar isə az biliklə aşağı maaşa qane olurlar. Həmçinin, bazarda kiçik şirkətlər də çoxluq təşkil edir və onlara aşağı maaşa işləyəcək proqramçılar lazım gəlir.
Maaş uyğunsuzluğu mən yeni başlayan dövrlərdə(2012) də var idi, çox güman ondan əvvəl də olub, elə indi də olacaq. Hər kəs nə qədər narazı olsa da, sonda özünə layiq bildiyi maaşa işləyəcək. Ona görə çox da fikir verməmək, həmişə az danışıb, çox iş görmək lazımdır =)
Ümid edirəm məqalə faydalı oldu. Öz fikirlərinizi şərh bölməsində yaza, dostlarınızla paylaşa bilərsiz. Hər kəsə işlərində uğurlar!
65 Şərhlər
sahil
June 2, 2019
cox sagolun deyerli bilgilere gore
Murad Mustafayev
June 6, 2019
Buyurun. Faydalı məlumatlar olduğunu eşitmək sevindiricidir.
Daha da maraqlı və yararlı məqalələr paylaşacağıq
Leyla
June 9, 2019
Məlumata görə çox sağ olun. Python dünyaca ən məşhur dildir, tətbiq sahələri digər dillərdən daha çoxdur. Amma ölkəmizdə hələ də geniş istifadə olunmur. Sizcə, üstünlük təşkil edəcəyi vaxt gələcək bizdə də?
Murad Mustafayev
June 11, 2019
Buyurun, xoşdur.
Python daha çox süni intellekt(Aİ), maşın öyrənməsi(ML), verilənlər elmi(data science) kimi sahələrdə istifadə edilir. Veb saytların hazırlanmasında istifadə edilsə də, PHP kimi geniş yayılmayıb. PHP bütün internetin 80%-ini əhatə edir.
Azərbaycanda Aİ, ML kimi sahələr inkişaf etmədiyindən, daha çox veb saytlara fokus olunduğundan Python-ın geniş istifadəsi bir xeyli vaxt alacaq deyə düşünürəm. Sadaladığım sahələr inkişaf etsə, o zaman Python istifadəsi də sürətli artar.
Mehriban
February 28, 2021
Ümid edirəm də sözdür? Təbii ki faydalı oldu. Çox sağ olun. Mən ixtisasımdan məmnun deyiləm. Daha doğrusu sevmirəm. Mənim üçün dizaynerliyin yoxsa proqramistliyin hansının daha yaxşı olduğunu düşünürdüm. Sizin sayənizdə seçimimi etdim🙂Təşəkkür edirəm dəyərli insan🤎
Murad Mustafayev
March 1, 2021
Bəyəndiyinizə və məqaləyə əsasən öz sahənizi seçə bildiyinizə sevindim 🙂 işlərinizdə, öyrənməyinizdə uğurlar!
Mehdi
October 10, 2022
Super
Ayxan Əliyev
November 14, 2021
Salam mənim sizdən soruşmağ istədiyim bir şey var Mənim 18 yaşım yeni tamam olmağına baxmayarağ front end üzrə yüksək biliklərim var ölkəmizdə iş tapmağ şansım var ? onuda qeyd edim ki mən özüm ev şəraitində öyrənmişəm yəni Self Taught developer-əm
Murad Mustafayev
November 15, 2021
Salam. Yaşınızdan asılı olmayaraq bilikləriniz iş üçün kifayətdirsə rahatlıqla iş tapa bilərsiz. Self-taught olmaq əslində üstünlükdür mənə görə. Sadəcə bəzən belə öyrənənlər reallıqda biliklərinin necə olmasını təxmin edə bilmirlər. Təcrübəli şəxslərdən sizin biliyinizi yoxlamağı xahiş edin ki, real bacarıqlarınızı biləsiz
Azər
June 18, 2019
Çox Sağolun Məlumatlara Görə.
Murad Mustafayev
June 18, 2019
Buyurun, xoşdur
Guler
July 26, 2021
Bele görurem Java programlawdirma dili oyrenmek daha meslehete uygundu.Ama Javanin cox qeliz olduqun deyirler sizce bes?
Murad Mustafayev
August 29, 2021
Bəli. Java, C#, C, C++ digər proqramlaşdırma dilləri digərlərinə (PHP, JavaScript, Python) nisbətən daha çətindir
Nicat
September 14, 2019
Məqalələriniz çox maraqlıdır. Dəyərli işlərə görə təşəkkürlər)
Murad Mustafayev
September 17, 2019
Bəyəndiyinizə sevindim. Buyurun, xoşdur
Zöhrab
March 27, 2020
Salam.
Maraqlı məqaləyə görə təşəkkür edirəm.
Məqaləyə daxil etdiyiniz statistikalar da məlumatın dolğun çatdırılmasına köməklik göstərir. Afərin!
Bir sualıma aydınlıq gətirsəniz məmmun olardım.
Proqramçılarla bağlı vakansiyalar qoyulanda hər hansı bir yaş məhdudiyyəti qoyulurmu? Mənim yaşım 40 dan çoxdur və Front-end devolopinglə maraqlanıram. Bu yaşdan sonra iş tapmağımda hər hansı bir problem yaşaya bilərəmmi? Və bu problemin yaşanmaması üçün nə kimi önləmlər ala bilərəm?
Cavabınıza görə qabaqcadan təşəkkür edirəm.
Murad Mustafayev
March 27, 2020
Salam.
Əgər əvvəldən bu sahə üzrə işləmisizsə və illərlə təcrübə varsa rahat tapmaq olar. 40+ yaşı olan və hazırda proqramçı kimi işləyən tanışlarım var. Yox əgər ilk dəfə proqramçı kimi şirkətdə işləyəcəksizsə, onda çox çətin olar.
Amma ətrafınız genişdirsə onlardan freelance kimi işlər götürə bilərsiz. Freelance işləyəndə yaş fərqi olmur, əsas odur ki, verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirə biləsiz.
Digər variant online freelance saytlarında özünüzü yoxlaya bilərsiz. Rus, türk, ingilis dilli çoxlu freelance saytları var. Həmin saytlarda rəqabət böyük olsa da, bir müddət pulsuz və keyfiyyətli işləyərək, müəyyən müştəri bazası yığa bilərsiz
Nazim
July 28, 2020
Cox dolğun bir melumat oldu her seye göre cox sagolun, size bir sualım var tuekiye ve diger ölkelerde ilkin seviye biliyi olan yazılımcılara sirketler işə göturur ve kicik maaşla hemin şexsi isledirler ve hemin şexsde o sirketde nece il tecrube toplamış yazılımcıkardan biliyin artırır, bizdədə bele bir sey varmı?
Murad Mustafayev
July 28, 2020
Bizdə də iri şirkətlər buna bənzər nələrsə etməyə başlayıblar. Xırda şirkətlərdə də ödənişli və ya ödənişsiz təcrübə proqramları olur. Hansısa şirkətdən başlamaq üçün müəyyən baza biliklərinin, bir neçə portfolio işlərinin olması ilkin iş tapmağa kömək edir. Baza bilikləri də olsa onu yaxşı bilmək lazımdır. Yeni başlayanlar adətən çox şey öyrənmək istəyir amma hamısını da yarımçıq bilirlər. Bu da şirkətlərə adətən uyğun olmur.
Buyurun, xoşdur.
Nazim
July 28, 2020
Sizinle men daha yaxsı nece unsiyet saxlaya bilerem eger size uygundursa, hazırda etraflı öyrenmeye calışıram garsımda bir meqsedim var amma diger yazılımcılar haqqında video baxdıqda hamısı deyir etrafınızda bunan başı cıxan birisi olmalı unsiyet saxlamalısız menim etrafımda ise bu işle mesgul olan hec kes yoxdu hele Azərbaycan da olan yazılımcılar grupu flan ne gederde axtarsam tapamadım eger size uygumdursa sizinle nece elaqe saxlayıb sual vere bilerem?
Fikret
July 28, 2020
Bir onceki serhi yazan Nazimdi, Sizinle men daha yaxsı nece unsiyet saxlaya bilerem eger size uygundursa, hazırda etraflı öyrenmeye calışıram garsımda bir meqsedim var amma diger yazılımcılar haqqında video baxdıqda hamısı deyir etrafınızda bunan başı cıxan birisi olmalı unsiyet saxlamalısız menim etrafımda ise bu işle mesgul olan hec kes yoxdu hele Azərbaycan da olan yazılımcılar grupu flan ne gederde axtarsam tapamadım eger size uygumdursa sizinle nece elaqe saxlayıb sual vere bilerem?
Murad Mustafayev
July 28, 2020
Ətrafınızda İT üzrə bilən şəxslərin olması həqiqətən də böyük üstünlükdür. Həm istiqamət, həm də köməklik baxımından. Əgər elə bir ətrafınız yoxdursa, o ətrafı yaratmaq lazımdır. Bunun üçün kurslar, tədbirlər, konfranslar və s. olur. Həmin yerlərdə iştirak edərək ətraf yarada bilərsiz. Kursda məsələn müəllim və digər tələbələr olur. Müəllim öyrənməyə istiqamət və kömək edir. Tələbələrlə isə birlikdə öyrənmək, əlaqə qurmaq gələcək üçün daha yaxşı ətraf yığmağa kömək edir.
Saytın yuxarısında əlavə nömrəsi və email var. Onlarla əlaqə yarada bilərsiz
Ali
September 16, 2020
Təşəkkur edirəm belə maraqlı məlumata görə. 16 yaşım var hal hazırda php öyrənməyə dəyər mi? Gündə 3-4 vaxt ayırsam 8 aya normal seviyyeye gələ bilərəm?
Murad Mustafayev
September 16, 2020
Məqalə faydalı olduğuna şadam.
Başlamaq üçün yaxşı yaşdasız. Nəzəriyyədə gündə 3-4 saat məşğul olmaqla, 8 aya yaxşı PHP bilmək olar. Amma 8 aydan sonra real vəziyyət necə olacağını sizin çalışqanlığınız təyin edəcək. PHP başlamaq üçün rahat dillərdəndir və iş tapmaq da rahatdır. Uğurlar sizə!
sabina
September 22, 2020
Salam etraflı məlumat üçün minnətdaram. Mənim 26 yaşım var bu sahə mənə çox maraqlı gəlir. Nədənsə bu sahədə xanımların sayı azdır. Bu isə məni məyus edir.
Murad Mustafayev
September 22, 2020
Salam. Təşəkkürlər, faydalı olması sevindirdi.
Haqlısız, IT/proqramlaşdırma üzrə xanımlar azlıq təşkil edir. Amma son illərdə çox sürətli artım var. Hətta bəzi şirkətlər qadınlara üstünlük verir, imkan olduqca xanımları işə cəlb edir. Bu artım tempi indi də davam edir. Bir neçə ildən sonra proqramlaşdırma sahəsi üzrə daha çox xanım görəcəyinizə əminəm
Mövsüm
December 23, 2020
Salam. Öncəliklə bu məqalə üçün təşəkkür edirəm. Bu məqalə ilə mən öz istiqamətimi tam dəqiqləşdirim. Bir sualım var. Hazırda Azərbaycanda Ali təhsili olmadan proqramlaşdırma sahəsinə yönələn birinin iş tapma şansı varmı? Ali təhsil, diplom nə qədər rol oynayır?
Təşəkkürlər.
Murad Mustafayev
December 23, 2020
Salam. Faydalı olmasına sevindim.
Proqramlaşdırma sahəsində ali təhsilin çox da önəmi yoxdur. Əsas təcrübəniz, bilikləriniz, gördüyünüz işlərdir.
Şəxsən tanıdığım ali təhsili olmayıb, hazırda böyük şirkətlərdə və yuxarı maaşa işləyən proqramçılar var. Mən ali təhsilli olsam da, şirkətlərdə işləyən zaman diplom istəyən olmayıb.
Universitet diplomu adətən dövlət işlərində lazım ola bilir. Amma olmasa da adətən problem yaratmırlar. Çünki, yaxşı kadrlar azdır və diploma görə onları əldən vermək istəmirlər
Anar Mammadov
December 30, 2020
Məqalə çox super idi, təşəkkür edirəm bunları bölüşdüyünüzə görə.
Murad Mustafayev
January 2, 2021
bəyəndiyinizə sevindim
Məhəmməd
February 21, 2021
Məqalə əladır. Çox sağolun. Əlavə olaraq bir sualım olacaqdı. Mən html, css, JavaScript, jquery ilə işləməyi bacaran bir web developer olaraq Azərbaycanda ortalama aylıq nə qədər qazana bilərəm?
Murad Mustafayev
March 1, 2021
Məqaləni bəyəndiyinizə sevindim.
Middle səviyyəsində veb proqramçı biliklərinizə görə 1000-2000 AZN arasında aylıq maaş ala bilərsiz.
Sadaladığınız biliklər ilə isə 400-1000 arası maaş almaq mümkündür. Əlbəttə ki, sizin biliklərinizdən çox şey asılıdır
Mehriban
February 28, 2021
Və deyəsən fikirlərimi kiminsə rəyinə yanıt olaraq yazdım😂🤦🏻♀️Üzrlü sayın
Ədil
March 30, 2021
Salam əla məqalədir.sizə belə sual vermək istərdim təkcə java və mysql ilə iş tapmaq olar ? Olarsa nə qədər maaş almaq olar?.mənim alqoritim qurmaq bacarığım zifdi nə məsləhət görərdiz? Hansı sahəyə yönəlsəm yaxşı olar.öncədən təşəkkürlər
Murad Mustafayev
April 6, 2021
Salam. İndiki dövrdə 1-2 texnologiya, dil bilməklə iş tapmaq çətin məsələdir.
Java üzrə gərək ən azı Spring Framevork biləsiz. İndi buna daha çox tələbat var. Java ilə daha çox Oracle və ya PL/SQL istifadə edirlər, nəinki MySQL
Alqoritmik məntiqiniz zəifdirsə, sistem, şəbəkə administrasiyası, həmçinin helpdesk kimi alqoritmik biliklərə ehtiyac olmayan sahələrlə maraqlana bilərsiz
Dadaş Ağazadə
May 24, 2021
Salam. Maraqlı məqamlara toxunan bir məqalədir. Çox sag olun məqalə üçün. Bir sual vermək istərdim. Mən proqramlaşdırma öyrənmək istəyirəm, amma hal-hazırda növbəli iş rejimində 12 saat işləyirəm və 4 gündən sonra 3 gün boş oluram. Belə bir iş qrafikinə əsasən yəni 4 gün ara ilə öyrənmək mümkün olarmı sizcə yoxsa heç nə öyrənə bilmərəmmi?
Murad Mustafayev
May 30, 2021
salam. boş olduğunuz həmin 3 gün ərzində full time kimi (iş rejimi kimi minimum 6 saat) məşğul olsanız, rahatlıqla öyrənə bilərsiz. Əsas odur ki, daimi olaraq məşğul olasınız və həftələrlə dərslərə fasilə verməyəsiniz
Fərid-kun
June 10, 2021
Çox sağolun məqalə də, şərhlərə yazdığınız cavablar da xoşuma gəldi. Heyif ki, Azərbaycanda bu sahəyə elədə önəm verilmir. Hamı dövlət işində çalışmaq istəyir. Bəlkə də ən azad sahə budur ona görə bunu sevirəm iş yoxdursa freelance kimi və ya xaricdə iş tapa və hətta öz işimizi də qura bilərik heç kimdən asılı deyilik! Azad ruhlu və yaradıcı insanlar itirmiş mənliklərini bu sahədə tapa bilərlər. Uğurlar hamıya!
Murad Mustafayev
June 11, 2021
Bəyəndiyinizə sevindim. Hazırda proqramlaşdırmaya gəlmək istəyənlər həddən artıq çoxdur. Sadəcə həqiqətən məqsədi və həvəsi olanlar azlıq təşkil edir. Bu sahədəki dediyiniz imkanlar çoxunu cəlb edir. Amma məqsəd və həvəs olmadığından əksəriyyəti axıra kimi gedə bilmir
Elşad
June 14, 2021
Evvela Salam bu gözel meqale üçün teşekkür edirem size bir sualım olacaqdı men elektrik mühendisliyi bitirmişem amma öz ixtisasımnan elede başım çıxmır hemde covidle elaqedar praktikamiz leğv olunub sözmün canı eger proqramlaşdırna dillerini normal bilsem proqramlaşdırmaya aid işlerde işleye bileremmi ve hansı proqramlaşdırma dillerini öyrenmeyi meslehet görerdiniz?
Murad Mustafayev
June 15, 2021
Salam. Özəl şirkətlərdə proqramlaşdırma üzrə ixtisas, ali məktəb kimi anlayışların adətən fərqi yoxdur. Yəni, sahəni yaxşı bilirsizsə, ixtisasdan asılı olmayaraq iş tapa biləcəksiz.
Ölkədə məşhur dillər bunlardır – JavaScript, PHP, C#, Java. Bunlar haqqında araşdırıb və sizə uyğun olan biri ilə başlaya bilərsiz. Bu məqalədə də bu dillərin asan, çətin, perspektivləri üzrə qeyd etmişəm
Sexavet
June 28, 2021
Salam java dilini bitirmisem hal hazirda java spring oyrenirem pulsuz is axtariram komeklik etsez sevinerem oput yigmaq ucun online is olsun ancaq 0552525341 watsapp
Murad Mustafayev
June 29, 2021
Salam. Java üzrə getmədiyimdən xüsusi bir kömək edə bilməyəcəm. amma yenə də maraqlanaram nələr var deyə
Salamova
July 11, 2021
Salam. Mən bilmək istərdimki universiteti, İnformasiya Texnologiyaları ixtisasını bitirdikdən sonra istədiyim hər hansı bir İT peşəsi üzrə böyük şirkətlərdə işə girə bilərəm?
Murad Mustafayev
July 11, 2021
Ötən şərhdə də qeyd etdiyim kimi, İT üzrə yerli universitet bitirmək heç bir üstünlük vermir. Əsas bu sahə üzrə bilik və praktiki bacarıqlarınızdır. Praktiki biliyi olan hər kəs istədiyi şirkətlərə işə düzələ bilər
HÜSNİYE
July 24, 2021
Salam.Mən Java proqramlaşdırma dili öyrənmək istəyirəm. Gündə 3-4saat məşğul olsam neçə aya öyrənərəm?
Murad Mustafayev
July 24, 2021
Salam. Java çətin olduğundan minimum ortalama 6-7 ay çəkər. amma əlbəttə ki, dəqiq vaxtı sizin öyrənmə tempinizdən asılıdır
Fərhad
September 8, 2021
Salam məqanəliz də bütün məlumatlar əks olunmuşdu çox sağolun )) . Oracle ,sql haqda məlumat verə bilərsiz ?sql ilə işləməy üçün hər hansı proqramlaşdırma dili bilməyə ehtiyac var?
Murad Mustafayev
September 14, 2021
SQL proqramlaşdırma dili, Oracle isə bu dildən istifadə olunaraq hazırlanmış RDBMS-dir (Relational Database Management System)
Türkan
February 14, 2022
Salam. Öncəliklə məqaləniz çox faydalı oldu, bunun üçün təşəkkür edirəm. Bir sualım olacaq. Bu sahəyə yeni başlayıram, sizcə gündə 2-3 saat JavaScriptlə məşğul olsam tam olaraq neçə aya öyrənəbilərəm ?
Təşəkkürlər.
Murad Mustafayev
September 14, 2022
Salam. Faydalı olduğuna sevindim
Sıfırdan başlayırsınızsa ən azı gündəlik 4 saat məsləhət görərdim. 2-3 saat da başlanğıc üçün uyğun olar. Müddət olaraq isə demək çətindir. Bu sizin öyrənmə və qavrama sürətinizdən çox asılıdır. Ortalama desək praktika ilə birlikdə bu tempdə öyrənmək hardasa 5-8 ay davam edə bilər. Öyrənmək deyəndə tam sərbəst nələrisə yazmağı nəzərdə tuturam. Səthi öyrənmək üçün 2-3 ay da kifayət edir =)
Yaşar
April 22, 2022
Salam.
Məlumata görə təşəkkür edirəm.
Mənim artıq 30a yaxın yaşım var.işlədiyim iş günə 12-13 saat maaş 600.
ona görə proqramlaşdırma öyrənməyə başlamışam.təbiiki sahəyə (proqramlaşdırma) qarşı sevgi də var.
html və css ə aid udemy ilə kurs bitirmişəm.hal hazırda javascript öyrənirəm.ilkin planım veb developerolmaqdır xüsusən backend.
ona görə də js-dən sonra php,mysql,laravel öyrənmək istəyirəm.
amma 2022ci ildə veb sahəyə tələbat nə qədərdir?android application,oyunlar yığmaq daha çox məni cəlb edir.sadəcə surətli nəticə üçün backend-ə yönəlmişəm.bilmək istəyirəmki azərbaycanda mobile app sahəsinə tələbat daha çoxdur yoxsa veb.?
Murad Mustafayev
September 14, 2022
Salam. Bu sahə üzrə yaş fərqi və öyrənməyinizdə heç bir ziyan yoxdur. Backend öyrənmək istəyirsizsə, biraz frontend anlayışı olandan sonra birbaşa PHP-yə keçin. Əsas dilin özünü anlamaq və alqoritmik bilikləri artırmaqdır. Laravel və s. framework-lər bundan sonra çox asan olacaq
Stabil iş və maaş üçün veb. Creative ideyalarızı reallaşdıraraq azad formada, qeyri-stabil gəlir qazanmaq üçün mobil
Mobil development işləri ölkədə çox azdır
Aytac
May 12, 2022
Salam məqalənizi oxudum. Həddən çox məlumat əldə etdim. Sizi oxumazdan əvvəl bir reklamda Azərbaycanda Reactın çox məşhur olduğu çox tələbatlı olduğunu oxumuşdum. Amma bu haqda çox az məlumatım var. Necə başlamalıyam? Ümumiyyətlə başlamalıyam mı o sahəyə? JavaScript bilmək üçün HTML CSS bilmək şərtdir? Ancaq frontend sahesinde işə yarayır Javascript? Xahiş edirəm mənə bu barədə – hansı yöndə tələbatın çoxluğu barədə qısa məlumat verə bilərsiniz? Qısa zamanda öyrənib təcrübə qazanmaq istəyirəm. Nədən başlamalıyam?
Murad Mustafayev
September 14, 2022
Salam. Bəli, React ölkə və ölkədən kənarda çox məşhurdur. Ona başlamaq üçün isə HTML, CSS və JS üzrə praktiki biliklər lazımdır. Əks təqdirdə yeni başlayanlara React öyrənmək və anlamaq bir xeyli çətin olur. Ona görə tələsmədən HTML, CSS və JS/JS plugin-lərlə işləməyi, real proyektlərlə praktika etməyi inkişaf etdirin. Sərbəst yazmağa başlayandan sonra React-a keçib, öyrənin. Onda xeyli rahat başa düşəcəksiz
Qurban
August 25, 2022
Salam mənim 13 yaşım var men hal-hazırda devloper sahəsini öyrənirəm. Html Css si men 16 17 yaşımda iş tapa bilərəm? Yoxsa 18+ olmalıdı Mənidə bu saheye çeken frontend developer qohumum olub
Murad Mustafayev
September 14, 2022
Salam. 13 yaş başlamaq üçün ideal yaşdır. Amma frontend üçün HTML, CSS, JavaScript ən azından praktiki olaraq bilməyiniz lazımdır. HTML/CSS ilə iş tapmaq demək olar mümkünsüzdür.
15 yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynlərindən birinin yazılı razılığı alınmalıdır. Yəni, siz 18 yaşdan aşağı olarkən də rəsmi olaraq işləyə bilərsiz. Ətraflı saytdan oxuya bilərsiz
https://www.sosial.gov.az/2226
Ramil
April 7, 2023
Salam, Murad bəy. Sizcə proqramlaşdırma dillərini onlayn tədrislə öyrənmək mümkündürmü?
Murad Mustafayev
June 6, 2023
Salam. Ümumilikdə sualın cavabı “bəli, mümkündür”dür. Sadəcə bəzi şəxslərə offline(ofis) dərsləri daha rahat gəlir. Bu daha çox sizin xarakerinizdən asılıdır. Məncə online/offline-dan çox, nə qədər praktika edəcəyiniz önəmlidir. Proqramlaşdırmanı öyrənmək üçün əsas şərt çox kod, proyekt yazmaqdır
Alsu
August 26, 2023
Salam,Murad bəy.Mən frontend üzrə kursa başlamaq istəyirəm,ancaq son illərdə bu sahəyə yönələnlərin sayı artdığına görə iş tapmaqda sıxıntı yaşanıldıgı söylənildi.Siz necə fikirləşirsiniz?Frontend üzrə həqiqətən iş tapmaq çətindirmi?Siz hansı sahəni məsləhət görərdiniz?
Murad Mustafayev
August 26, 2023
Salam. Əslində məsələ biraz başqadır. Əsas məsələ odur ki, öyrənən çoxdur amma yaxşı bilən azdır. Pis bilənlər də müraciət edir işlərə və cavab gəlmir. Sonra da həmin adamlar deyir ki, iş tapmaq olmur. Mənə gələn CV-lərdə məsələn, 100 CV-dən 5-6-sı normal olur. Onlardan da 1-2-si işə götürülür.
Yəni, əsas odur ki, mükəmməl öyrənin. O zaman iş tapmaq da asan olacaq
Alsu
August 26, 2023
Çox sağolun sualımı cavablandırdığınız üçün.Əlavə yenə sualım var idi.PHP dili üzrə Azərbaycanda yetərincə iş yeri varmı?Backendə başlamaq üçün Java,C#,yoxsa PHP daha əlverişlidir?
Murad Mustafayev
August 27, 2023
Java və C# adətən banklar, dövlət qurumları və böyük şirkətlər enterprise proyektlərdə istifadə edir. PHP isə adətən kiçik və orta ölçülü şirkətlərdə istifadə olunur. Bu tipli şirkətlər ölkədə daha çox olduğu üçün işlər daha çox olur və işə düzəlmək asandır. Java və C# isə PHP-dən daha çox maaş təklifi olunur. Amma bu dilləri öyrənmək biraz daha çətindir və bu tipli şirkətlər adətən təcrübəsi olan şəxsləri işə götürür
Alsu
August 28, 2023
Bəs əgər Java və C# arasında seçim etməli olsam asan iş tapmaq və daha populyar olmaq cəhətdən hansını məsləhət görərdiniz?Java C# dan köhnə oldugu üçün onun yaxın illərdə populyarlıgının azalması kimi bir hal ola bilərmi?
Murad Mustafayev
August 29, 2023
Java və C# arasında seçimdə mən C# seçərdim. Məncə bu dil üzrə yerli və qlobalda işlər daha artır və ekosistemi böyüyür. Həmçinin arxasında Microsoft dayanır.
Amma bir-birinə çox bənzər dillərdir. Çətinlik dərəcəsi də bənzəyir