Veb Proqramlaşdırma
Müasir dövrün gəlirli peşəsini öyrənməyə başla

Veb proqramlaşdırma ilə yeni biliklər qazan, gəlirlərini artır, həyatını dəyiş.

Təhsilindən, ixtisasından və peşəsindən asılı olmayaraq, həvəsli olan hər kəsin öyrənə biləcəyi tədris təklif edirik.
Kurs həm sıfırdan başlayanlar, həm də baza biliklərə malik şəxslər üçün tərtib olunmuşdur

Karyera - Codebit Proqramlaşdırma Kursları

İş həyatı və Karyera

Tələbələrə real iş həyatı, onların seçimi, işə qəbulolma prosesi və müsahibəyə hazırlıq mərhələlərinə köməklik

Praktika - Codebit Proqramlaşdırma Kursları

85% Praktika

Veb layihələrdə qarşılaşacağınız çətinliklərə həll yollarının tapılması və izahının praktik məşğələlərlə tədrisi

Keyfiyyətli tədris - Codebit Proqramlaşdırma Kursları

Beynəlxalq Tədris Proqramı

Qısa zamanda sürətli̇ və effekti̇v şəki̇ldə öyrədəcək beynəlxalq standarta uyğun tədri̇s planı

Bizi seçən 550-dən çox məzun

Tələbələrimizdən

CodeBit haqqında

“ Ali təhsilim jurnalistika üzrə olsa da, "Qrafik və Veb dizayn" üzrə öyrəndim. Hazırladığım veb dizaynları özüm kodlaşdırmaq üçün internetdən Frontend üzrə öyrənməyə başlasam da, çox çətinlik çəkirdim. Beləliklə, keyfiyyət cəhətdən mənə uyğun olan veb proqramlaşdırma kursları axtarmağa başladım. CodeBit-in "Yay Məktəbi" dərslərini gördüm, kurs və müəllim haqqında maraqlandıqdan sonra dərslərə qoşuldum. Kursu bitirdikdən sonra bir daha əmin oldum ki, düzgün seçim etmişəm. Hazırda veb dizayn edib, həm də onu kodlaya bilirəm. ”

vasif-feyzullazade-codebit-proqramlasdirma-kurslari

Vasif Feyzullazadə

Frontend Proqramçı

“ CodeBit veb proqramlaşdırma dərslərinə qatılmaq verdiyim ən düzgün qərarlardan biri idi. Təkcə ona görə yox ki, bu kurs proqramlaşdırma üzrə uyğun seçimdir; həmçinin bu mühit mənə tədris bitdikdən sonra belə əlaqə saxladığım çox yaxşı dostlar, üzləşdiyim problemlərin həll yolunu tapmaqda hər zaman dəyərli məsləhətlərini əskik etməyən bir mentor qazandırdı. Mənim üçün bütün bunlar bir kursu kursdan daha artıq edən özəlliklərdir. ”

Fuad Ağazadə

Full-stack Proqramçı

“ CodeBit mənə veb proqramlaşdırma sahəsini daha dərindən öyrənməyə kömək etdi. Burada yalnız kod yazmaq deyil, yazılan kodların səmərəliliyi və təhlükəsizliyini nəzərə almağı öyrəndim. CodeBit veb proqramlaşdırma üzrə backend kursu bacarıqlarımı inkişaf etdirdi. Artıq bir neçə həftəlik tədrisdən sonra sərbəst kodlaşdırmağa başladım. Ümumilikdə, CodeBit-i həm proqramlaşdırmada yeni, həm də müəyyən biliyi olanlara məsləhət görürəm ”

Orxan Salahov

Backend Proqramçı

Murad Mustafayev təlimçi müəllim - Codebit Proqramlaşdırma Kursları

Müəllim haqqında

Murad Mustafayev

Veb proqramlaşdırma üzrə mütəxəssis, müəllim və fərdi sahibkar

Veb proqramlaşdırma üzrə 11 ildən artıq, müəllim kimi isə 4 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində yüzlərlə tələbə hazırlamış və onların bir çoxu hazırda yerli və xarici şirkətlərdə çalışırlar. Eyni zamanda, şəxsi veb layihələrini xarici ölkə bazarlarına çıxartmaqla fərdi sahibkarlıqla məşğuldur.

  • Təhsili: Azərbaycan Texniki Universiteti, Avtomatika və İKT fakultəsi   (2009 – 2013)
  • İş yerləri: İnvestAZ, Safaroff Agency, Jeykhun İmanov Studio, Neuron Technologies, Decentralized Vision, Remble, Valtech, NMI, PROSOL

Yeni qruplarla online
veb proqramlaşdırma dərsləri

Səhər və ya axşam növbələri üzrə dərslərə qoşula bilərsiz

Aylıq (Online)

449 /₼ 550

  • Frontend
  • HTML / CSS
  • Figma design to HTML/CSS
  • Bootstrap 5
  • JavaScript / JavaScript Packages
  • React-a giriş

CodeBit Yay Məktəbi

990 /₼ 1390

  • Frontend və Backend dərsləri olmaqla Full Stack tədris

  • Həftədə 5 dəfə intensiv dərslər

  • Daimi Mentor dəstəyi

  • Hissəli ödəniş imkanı

  • "Yay Məktəbi"ni bitirdikdən sonra 2 ay ərzində pulsuz olaraq, istənilən növbə üzrə qrup dərslərində (Frontend və Backend) iştirak imkanı

CodeBit-də keçirilən web proqramlaşdırma kursları real iş mühitində istifadə olunan layihələr üzərində tədris olunur. Bu səbəbdən, siz təhsil müddəti boyunca portfolio yığmış olacaq və müxtəlif çətinlikli veb proyektlərin hazırlanmasını öyrənəcəksiz. Beləliklə, işləməyə tam hazır kadr olacaqsız.

Bundan əlavə CV-lərin hazırlanması, iş müsahibələrinə hazırlıq kimi məqamlar üzrə də köməklik göstəriləcək.

CodeBit-də web proqramlaşdırma üzrə frontend tədris müddəti 3 aydırDərslər həftədə 2 dəfə olmaqla, hər dərs 2 saat keçirilir. 

Bu müddət ərzində Frontend (HTML / CSS / Bootstrap / JavaScript / React) kimi web proqramlaşdırma texnologiyaları və dilləri öyrənməklə, real layihələrdə fərdi və qrup şəklində çalışaraq yeni təcrübə və tanışlar qazanacaqsız.

Dərslər haqqında ətraflı məlumat istəyirsən?
Xanaları doldurun, biz əlaqə saxlayarıq!

    2K Shares
    Share2K
    Share
    Tweet
    Telegram
    WhatsApp